• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Bakıda böyük söküntü BAŞLAYIR: Vətəndaşlara bu qədər kompensasiya VERİLƏCƏK

  • 22.07.2025, 09:11,
  • Sosial
  • Baxılıb: 49
Bakıda böyük söküntü BAŞLAYIR: Vətəndaşlara bu qədər kompensasiya VERİLƏCƏK


Bakının “Papanin”, “Kubinka” və digər ərazilərində genişmiqyaslı yenidənqurma işləri aparılacaq. Bu barədə memar Cahid Həsənov məlumat verib. Onun sözlərinə görə, istismar müddəti başa çatmış, xüsusilə Sovet dövründə tikilmiş “xruşşovka” tipli binaların sökülməsi və ərazidə müasir yaşayış komplekslərinin inşası nəzərdə tutulur.

Hazırda sakinləri ən çox maraqlandıran məsələlərdən biri isə söküntü zamanı veriləcək kompensasiya məbləğidir. Bu məsələnin necə tənzimlənəcəyi və hansı mexanizmlə həyata keçiriləcəyi hələlik bilinmir.

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı News24.az-a bildirib ki, Bakı şəhərinin baş planına uyğun olaraq 2022-2040-cı illəri əhatə edən dövrdə paytaxtın müxtəlif hissələrində söküntü işləri aparılacaq:

“Xüsusilə şəhər mərkəzinə yaxın 1-2 mərtəbəli fərdi yaşayış evlərinin sökülməsi tez-tez müşahidə olunacaq. Bu proses əsasən iki formada həyata keçirilir. Əksər hallarda müstəqil qiymətləndiricilər cəlb olunur və onların müəyyən etdiyi qiymətə uyğun olaraq vətəndaşlara kompensasiya ödənilir. Əgər əmlak dövlət ehtiyacları üçün alınırsa, həmin mənzilin bazar dəyərinə əlavə olaraq 20 faiz kompensasiya da verilir”.

Ekspertin sözlərinə görə, birinci mərhələdə söküntü dövlət tərəfindən aparıldıqda, adətən Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumları layihəni icra edir. Bu zaman konkret kompensasiya mexanizmi mövcud deyil.

“Bu halda tikinti şirkətləri müəyyən ərazinin sökülməsi üçün müraciət edir və layihə təsdiq edildikdən sonra söküntü başlayır. MTK-lar çox zaman sadəcə bazar dəyərində vəsait ödəyir, əlavə kompensasiya vermədikləri üçün bu prosesdə narazılıqlar yaranır. Veriləcək kompensasiyanın məbləği əraziyə görə dəyişir, amma adətən bu məbləğ 3000 azn-dən başlayır", – deyə ekspert əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter