• 13:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 10:38 – Prezident onları təltif etdi - FOTO 
  • 10:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Bu yollarda istiqamət dəyişdi

  • 24.04.2019, 19:50,
  • Sosial
  • Baxılıb: 179
Bu yollarda istiqamət dəyişdi


“Formula 1” Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

“BEŞ.AZ” xəbər verir ki, alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədi ilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyyələrinə riayət etmələri xahiş olunur.


Bu yollarda istiqamət dəyişdi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 119
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 482
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter