Gələn həftədən iri ticarət mərkəzləri açılır? — Operativ Qərargahdan AÇIQLAMA
- 13.08.2020, 12:36,
- Sosial
Baxılıb: 82
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Belə ki, açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Bəs iri ticarət mərkəzləri ilə bağlı qaydalar varmı? Gələn həftə açıq havada olan kafe və restoranlarla yanaşı iri ticarət mərkəzləri də açıla bilərmi?
Bununla bağlı KONKRET.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı onda heç bir məlumatın olmadığını bildirib:
“Harda necə davranılması ilə bağlı qaydalar var. Bu qaydalar bizim saytımızda və koronavirus.az saytında da var. İri ticarət mərkəzlərinin nə zaman açılacağı ilə bağlı bir söz deyə bilmərəm”.