SOCAR Qarabağ müharibəsində şəhid və əlil olmuş əməkdaşlarının ailələrinə yardımlar edəcək
- 13.11.2020, 13:10,
- Sosial
Baxılıb: 139
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar veriləcək.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.
“Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik”, - deyə məlumatda bildirilir.