Aşıq Ulduz Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.
Tolikin aparıcılıq etdiyi verilişin sual rubrikasında şəhər sakinləri qonaqlara sual veriblər.
Bu zaman gənc izləyici xanım Aşıq Ulduza: “Sizin qızınız Sədaqət xanımın qız toyu oldu. Ancaq deyilənə görə, oğlan toyu olacaqdı, amma olmadı. Buna səbəb nədir?”,- deyə müraciət edib.
Sənətçi bu suala əsəbləşib:
“Mən heç kəsə ixtiyar vermirəm ki, kimsə mənim ailəmə qarışsın. Mənim şəxsi işimə qarışmağa heç kəsə icazə vermirəm. O, hardan bilir ki, oğlan toyu olmayıb. Adam gərək bildiyi mövzudan danışsın. O qız izləyici kimi gərək mənə aşıq sənəti ilə bağlı sual verərdi”.
Daha sonra o, müasir gənclərin sənətçilərin sənəti ilə deyil, şəxsi həyatı ilə daha çox maraqlandığını qınayıb.
“Bu da bizim gənclərin səviyyəsidir. Hamısına aid deyil, ancaq əksəriyyəti belədir. Qoy bizim sənətimizlə maraqlansınlar. Niyə axı onlara aid olmayan məsələlərlə maraqlanırlar ki?”
Qeyd edək ki, Aşıq Ulduzun qızı Sədaqət iş adamı ilə ailə həyatı qurub.