• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

“Məhkəməyə verəcəyəm” - Manaf yüksək vəzifəli məmur tərəfindən döyülüb? - Video

  • 05.02.2020, 15:00,
  • Şou / Video
  • Baxılıb: 95
“Məhkəməyə verəcəyəm” - Manaf yüksək vəzifəli məmur tərəfindən döyülüb? - Video


Bir neçə gündür Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmaylovun tanınmış müğənni Manaf Ağayevi döyməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə feysbuk səhifələrinin birində yayılan məlumatda bildirilir ki, tez-tez Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gedən tanınmış ifaçı müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu bilən Elgiz İsmaylov görüş yerinə gələrək M. Ağayevlə söhbət etmək istəyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən E. İsmayılov ailəvi görüş otaqlarından birində Manafı döyüb.

Başqa bir məlumata görə isə bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək, Elgiz İsmaylovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib.

Yenisabah.az xəbər verir ki, müğənni məsələyə Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” layihəsində təfərrüatı ilə açıqlama verib. Manaf Ağayev yayılan xəbərlərin yalan olduğunu deyib:

“Mən aydınlıq gətirim. Mən burdan Elgiz müəllimə dərin təşəkkürümü bildirirəm. Mən həbsxana rəislərini yaxşı tanıyıram, çünki mən həbsxanaya konsertlərə çox getmişəm. Mən həyatda Elgiz kimi qabiliyyətli, mədəni insan görməmişəm. O bizim qulluğumuzda necə dururdu, camaatı qarşılayırdı. Allah şahiddir ki, mən olanı deyirəm. Bu, boş-boş bəhanələrdir, kimisə gözdən salmaq üçün. Guya mən onu işdən çıxartdırmışam, o boyda polkovniki işdən çıxartdırmışam? O sadəcə yerini dəyişdi. Onun kimləsə ədavəti var yəqin, məni də atıblar ortaya”.

İfaçı bu məlumatı yayanları məhkəməyə verəcəyini də açıqlayıb:

“Təbii ki, məhkəməyə verəcəyəm. Həmin adama zəng edib soruşurlar ki, “sən bu məlumatı haradan almısan?” deyir mənə “mail”imə atıblar o məlumatı. Sənə atıblarsa, zəng et məndən soruş. Burada mənlik bir şey yoxdur. Eşitdiyimə görə, məlumatı yayanlar “Yatıb-çıxmış” jurnalistlərdəndir. Ona görə onlara pislik etmək istəyir və məni də ortaya atıb. Mən də onları məhkəməyə verəcəyəm, özü də sübut edəcəyəm”./Yenisabah.az

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 007
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 693
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter