"Yazıq oğlan sizi makiyajsız görməkdənsə, elə məni görsə yaxşıdır" - Röya
- 03.05.2019, 10:01,
- Şou
Baxılıb: 400
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağrıya dözümüm yoxdur. Baxım üçün mezolar var, etdirmirəm, ona görə də, onu əvəzləyən suya 800 manat verirəm. Mən lazeri belə narkoznan etdirmişəm. Şiddət olan heç nə mənlik deyil. Özüm özümə iynə vururam. Heç kim mənə iynə vura bilməz.
BEŞ.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri əməmkdar artist Röya Ayxan stilist Elnur Həsənov və aparıcı Nərgiz Məmmədovanın "Youtube" layihəsi olan "İdeal saat" verilişində deyib.
"Dırnaqlarımı belə özüm edirəm. Evdə aparatlarım var. Hətta lazer aparatım da var evdə. Gərək aşiq olum ki, bir-iki saata bunları edim. Subay vaxtımda nə edirəm bunları... Əzablı sevgi yaşamaqdansa, subay ortalıqda qalmaq yaxşıdır. Əsəb adamın özünü də pis günə qoyur".
Röya üzdəki plastik dəyişikliklərin əleyhinə olduğunu söyləyib:
"Qızlar sünilik edir. Qaşlarını qapqara edir, heç İranda bu yoxdu. Bu yazıq oğlan sizi makiyajsız yanında görməkdənsə, elə məni görsə yaxşıdır, qorxmaz. Özü qəşəngdir, amma yanaq qoydurub. Dodağın və burunu düzəltdirməyin əleyhinə deyiləm. Birinci diş etsinlər sonra dodaq yekəltsinlər".