Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
- 12.02.2021, 11:02,
- Təhsil
Baxılıb: 92
Facebook
Вконтакте
Одноклассники
Google+
Mart ayında dərslər yenidən dayandırılacaq.Bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında məlumatlar yayılır. Söz-söhbət gəzir ki, mart ayının sonunda, Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur.
“Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir.
Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”, - deyə Cəsarət Valehov bildirib.