• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Bəxtiyar Bəxtiyarov: Kollecdə təhsillə bərabər nizam-intizam da yüksək səviyyədədir

  • 19.05.2021, 12:23,
  • Təhsil
  • Baxılıb: 821
Bəxtiyar Bəxtiyarov: Kollecdə təhsillə bərabər nizam-intizam da yüksək səviyyədədir


Azərbaycanın ən qocaman təhsil ocaqlarından olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci şərəfli tale yaşayıb, zəngin tədris dövrü keçib. Kollecin müasirliyi özündə əks etməsi müasir həyatımızla ayaqlaşması, gənc kadrların hazırlanmasında böyük işlər apardığı göz önündədir. Kollecdə təhsillə bərabər nizam-intizam da yüksək səviyyədədir. Kollecimiz bir çox keyfiyyətlərinə görə bəzi universitetlərdən geri qalmır. Kollecimizin direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Bəxtiyarov kollecdə sağlam, şəffaf təhsil mühiti yaratmışdır. Bu gün təhsilə göstərilən qayğı ən yüksək səviyyədədir. Aztəminatlı, şəhid, məcburi köckün və qaçqın ailələrindəndən olan, əlil tələbələrə xüsusi diqqət yetirilir, qayğı ilə əhatə olunurlar. Bundan əlavə, elə tələbələr olur ki, hər iki valideynini itirib, ya da valideynin biri yoxdur, digəri isə əlildir. Onlara da maddi köməklik olunur.

Bəxtiyar Bəxtiyarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəxtiyar Bəxtiyarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bəxtiyar Bəxtiyarov özünü doğruldub. Bizdə hörmətli Bəxtiyar Bəxtiyarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.
26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır.Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır.

Kollec müstəqillik illərində
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.Azərbaycan Respublikası Nazirlər Nabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır.

Bakı Dəmiryolu Texnikumunun tarixi
Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır.1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.Azərbaycan müstəqillik əldə etdiyi dövürdən 2000-ci ilədək texnikum Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə tabe olmuşdur.2000-ci ildən etibarən texnikum məlum fərmanla Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır.

İxtisaslar
Mühasibat uçotu;
Vaqon və refrijerator təsərrüfatı;
Nəqliyyatda daşımaların təşkili;
Poçt rabitəsi;
Radiorabitə. radio verilişləri və televiziya;
Çoxkanallı telekommunikasiya sistemləri;
Rabitə qovşaqları və kommunikasiya sistemləri;
Kompyuter sistemləri və kompleksləri.
Mobil şəbəkə sistemləri və operatorluğu
Nəqliyyat vasitələrinin təmiri və servisi
Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti


Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru- dosent Bəxtiyar Bəxtiyarov - “Xarıbülbül” musiqi festivalı bizim tarixi qələbəmizin bariz nümunəsi idi - Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biridir.

Dillərə dastan füsunkar görünüşə sahib olan Xarıbülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Bu əsrarəngiz gözəlliyi seyr etdiyimiz zaman, sanki gülün üzərinə qonmuş bülbülü xatırladır.

Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarıbülbülü seyrə çıxıb. Bu zaman kəsiyində Xarıbülbülün şöhrəti o qədər dünyaya səs salıb ki, hətta onun şərəfinə konsertlər verilib, festivallar keçirilib. Bu gözəl diyarda ilk festivalın keçirilməsi məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilməyə başlayıb. Həmin festival dünyaca məşhur olan ölkələrin iştirakı ilə keçirilib. Beləliklə, təkcə Azərbaycanda deyil bütün dünyada da ən vacib mədəniyyət tədbirlərindən biri olub. Mayın 12-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə mədəniyyət paytaxtımız Şuşa azadlığına qovuşduqdan həmən sonra yenidən “Xarıbülbül musiqi festivalı”na ev sahibliyi edir. Tam 29 ildən sonra doğmalarına qucaq açır, qonaqlarını qarşılayır. Şuşada “Xarıbülbül musiqi festivalı”nın keçirilməsi zəfər yürüşünün təntənəsidir. Xarıbülbül musiqi festivalı Şuşanın, Cıdır düzünün, İsa bulağının yenidən canlanmasını bizlərə yaşatdı.

Birinci Vitse prezident Mehriban Əliyevaya da minnətdarıq. Çünki, bu festival Heydər Əliyev Fondu tərəfindən təşkil edilib. Ümummili lider Heydər Əliyev demişdir: “Azərbaycan dövlət müstəqilliyi əbədi olacaqdır və Azərbaycanın bu günkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

Şuşa tarixi abidəsi Yuxarı Gövhərağa məscidi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi də qeydiyyata alınmışdır. Gövhərağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscidin memarı Qarabağ Kərbalayi Səfi xan olubdur. Məscid 1992-ci ilin mayında ermənilər tərəfindən dağıdılmışdır. Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi ilə Yuxarı Gövhərağa məscidi də erməni əsarətindən qurtarıldı. Məsciddə bayram namazı qılındı. Bu məsciddə hər zaman azan səsi eşidiləcək və bayrağımız daim zirvələrdə dalğalanacaq.

Yaşasın İlham Əliyev. Yaşasın Azərbaycan.

Qarabağ Azərbaycandır!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 006
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 688
  • 56
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter