• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Bu məktəbin cəmi 1 sinfi, 4 şagirdi var: müəllimlər dərs deməkdən imtina edir - VİDEO

  • 12.01.2022, 10:23,
  • Təhsil
  • Baxılıb: 132
Bu məktəbin cəmi 1 sinfi, 4 şagirdi var: müəllimlər dərs deməkdən imtina edir - VİDEO


Cəmi 12 evdən ibarət olan İsmayıllı rayonunun Qoydan kəndində yalnız 1 otaqdan ibarət ibtidai məktəb var.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrə məlumat yayılıb. Bildirilib ki, həmin məktəbdə cəmi 4 şagird təhsil alır.

Hazırda şəraiti yaxşı olmayan məktəbd şagirdləri ibtidai sinfi bitirdikdən sonra təhsillərini davam etdirmək üçün qonşu kəndlərə üz tutmalı olacaqlar.
Əslində kənd məşhur turizm yollarının üzərində yerləşir. Sadəcə asfalt yoldan sonra kəndə ayrılan yol torpaq yoldur və yolda balaca bir çay qolu var. Problem ondadır ki, həmin çay yağışlı-qarlı fəsillərdə keçidi çətinləşdirdiyinə görə müəllimlər o kəndə getməkdən imtina edir.

Cəmi 1 müəllim rayondan kəndə gedib gəlir, o da imkanı olanda. Kəndə gedən yol çox uzun məsafə deyil, təxminən 2-3 km olar və bu qədər qısa bir yol uşaqların gələcəyi üçün çox böyük maneələr yaradır. Qonşu kəndə məsafə təxminən 5-6 km edir. Təbii ki, uşaqlar hər gün ora dərsə gedə bilməz.

Kəndin yolunun düzəldilməsinə və normal orta məktəb imkanlarının yaradılmasına ciddi ehtiyac var.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter