Azərbaycanda kruiz səfərləri təşkil olunacaq

  • 9-02-2018, 14:11 
Kruiz marşrutların təşkili ilə bağlı Rusiya tərəfindən təşəbbüslə müraciət ediblər.

Xeberdar.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

O bildirib ki, bu, Rusiya, İran və Qazaxıstan dövlətlərinə aid olacaq və gələn ildən kruiz marşrutlarına başlanacaq.

N.Bağırov deyib ki, ötən illə müqayisədə cari ildə turistlərin sayı daha çox olacaq:

Buna əsas səbəb cari ildən bir sıra ölkələrə birbaşa uçuşların nəzərdə tutulmasıdır. Belə ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Pakistan, Rusiyanın bir bir sıra şəhərlərinə birbaşa uçuşlar həyata keçiriləcək.

Onun sözlərinə görə, artıq hotellərdə otaqların qıtlığı hiss edilir.



Azərbaycanda kruiz səfərləri təşkil olunacaq
Oxunub 660
  • 9-02-2018, 14:11
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac