Azərbaycanda prezidentliyə daha bir namizəd irəli sürüldü

  • 10-02-2018, 21:36 
Müasir Müsavat Partiyası Siyasi Şurasının iclası keçirilib.

Xeberdar.az xəbər verir ki, iclasda çıxış edən partiya sədri Hafiz Hacıyev qarşıdakı Azərbaycan Prezidenti seçkilərindən danışıb.

O qeyd edib ki, prezident seçkilərinin aprel ayında keçirilməsi qanunvericiliyə uyğundur: "Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Bəzi özlərini müxalif adlandıran, "Soros" və digər xarici qüvvələrdən, ermənilərdən maliyyələşən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz buna imkan verməyəcəyik".

Daha sonra iclasın gündəliyi təsdiqlənib. İclasın gündəliyinə əsasən, Müasir Müsavat Partiyasından prezident seçkilərində namizədin irəli sürülməsi müzakirə edilib. Müzakirələrdən sonra partiya sədri H.Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təklif olunub.

Təklif səsə qoyulub və H.Hacıyevin Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi qəbul olunub.



Azərbaycanda prezidentliyə daha bir namizəd irəli sürüldü
Oxunub 80
  • 10-02-2018, 21:36
Fikirlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac