12 fevral 2023-cü il tarixində Abşeron Olimpiya Kompleksində “Qartal” Peşəkar İdman Klubu və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkil etdikləri Respublika Turniri keçirilib. Turnirdə ölkənin 21 idman klubunu təmsil edən 300 nəfərə yaxın idmançı öz güclərini sınayıblar. Yarış həvəskar və peşəkar idmançılar arasında keçirilmişdir. Turnirin nəticələrinə görə həvəskarlar arasında “Cənub” idman klubunun idmançıları 1-ci, “Sarivan” idman klubunun təmsilçiləri 2-ci və “Neftçi” idman klubunun döyüşçüləri 3-cü yerə layiq görülüblər.
Peşəkarlar arasında yarışın nəticələrinə görə isə aşağıda adları çəkilən idmançılar qalib olublar:
Yeniyetmələr arasında 42 kq çəki dərəcəsində - Ayxan Məmmədov (“Raman” İK);
Gənclər arasında 56 kq çəki dərəcəsində Səməd Quliyev (“Cənub” İK);
Kişilər arasında 56 kq çəki dərəcəsində Sahil Əsgərov (“Cənub” İK);
65 kq çəki dərəcəsində Riad Məmmədov (“Sarivan” İK);
70 kq çəki dərəcəsində Sənan Rəcəbov (“Fayter” FK).
Əlbəttə ki, bu möhtəşəm turniri idarə edən əsas hakim heyətini də oxucularımıza təqdim etməliyik: tatami versiyasının baş hakimi Aydın Vəliyev, ring versiyasının baş hakimi Məhəmməd Babayev və turnirin baş hakimi, gənclərdən ibarət yığma komandanın baş məşqçisi, Azərbaycan Kunq-Fu Federasiyasının baş hakimi Aqil Mustafayev olmuşlar.
Xatırladaq ki, yarışın təşkilatçısı “Qartal” Peşəkar İdman Klubunun prezidenti, respublikanın əməkdar məşqçisi, ölkəmizdə əlbəyaxa döyüş növləri üzrə peşəkar döyüşlərin ən fəal təşkilatçılarından biri və ölkəmizdə bir neçə uğurlu beynəlxalq yarışın təşkilatçısı olmuş Yaqub İbrahimovdur. Turnirin təşkilatçılarə sponsor dəstəyinə görə “Kəhriz” sularına, “Berg” enerji içkilərinə, ölkənin ən qabaqcıl hazırlıq kurslarından biri olan “Academy Qalib Hazırlıq Kursları”na, “Qartal Media” reklam şirkətinə və təşkilati-informasiya dəstəyinə görə AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytına dərin təşəkkürlərini bildirirlər.