• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Qalib Lider İlham Əliyev

  • 16.02.2024, 16:06,
  • ---
  • Baxılıb: 86
Qalib Lider İlham Əliyev



Fevralın 14-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində gələcəkdə görüləcək işlər, həyata keçiriləcək siyasətlə bağlı geniş məzmunlu nitq söylədi. Ölkə başçısının çıxışındakı bəzi məqamları xüsusi qeyd etmək lazımdır. Cənab Prezident bildirdi ki, indi isə yeni dövr başlayır. "Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur". Dövlət büdcəmizdən ayırmalarda ilk yer hərbi xərclərdir. Azərbaycanın müstəqilliyinin və suverenliyinin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi bütün dövrlər üçün əsas istiqamət olub. Hazırkı dövrdə hərbi xərclərlə bərabər Qarabağ və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər bura gələn xarici qonaqları heyrətləndirir. Otuz il Ermənistanın vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar".
Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin, problemlərin aradan qaldırılmasında öz sözünü deyir. İlham Əliyev təkcə cari ilin ötən bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafı barədə aydın təsəvvür yaratdı. Belə ki, bu ilin yanvar ayında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Müqayisə üçün qeyd edildi ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Dinamikanın olması sabaha daha böyük inamla addımlamağa əsas verir. Bu fakt inkaredilməzdir ki, İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter