Xocalıdan dünyaya ədalət dərsi
- 29.02.2024, 13:01,
- ---
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
32 ildən sonra Xocalıda bir ilk yaşandı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə XX əsrin ən dəhşətli cinayətinin baş verdiyi Xocalı şəhərində faciə qurbanlarının xatirəsi yad edildi. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində soyqırımı memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu, tarixi hadisə idi, qalib ölkənin müzəffər Ordusunun Ali Baş Komandanı verdiyi vədi yerinə etdi, Azərbaycanın bütün ərazilərində suverenliyimizi bərpa etməklə 32 illik həsrətə son qoydu. Prezident çıxışı ilə Xocalıdan dünyaya ədalət dərsi keçdi. Bu gün soyqırımı qurbanlarının ruhu şaddır, onların qisası alınıb, erməni faşistləri yurdumuzdan qovulub, ədalət bərpa olunub. Dünya güclərinin 30 ildə edə bilmədiyini Azərbaycan ordusu cəmi 44 günə etdi. Bu hadisə bir daha onu sübut etdi ki, xalq-ordu birliyi və bunu nəticəyə çevirən sərkərdəlik məharəti ən çətin işlərin öhdəsindən gəlməyə yetər. Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyevin dediyi kimi, biz tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında almaqla silahlı qüvvələrimiz, igid oğullarımız onların qanını yerdə qoymadı.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkünlərin ilk nümayəndələri artıq öz döğma yurdlarına köçülülməsinə başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb.
Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq da edib. Qeyd edib ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Fevralın 26-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü artıq nəticədir, Qələbəmizin bəhrəsi, əzəmətli tariximizin ən qürurlu mənzərəsidir. Sakinlər öz doğma yurdlarını ziyarət edirlər. Bu da realdır ki, yaxın zamanlarda onlar namus tacımız Xocalıda – öz ata-baba yurdlarında həyatlarına davam edəcəklər. Bu, xalqımızın müzəffər oğlu Prezident İlham Əliyevin müdrik siyasətinin uğurlu nəticələrindəndir.
Vidadi Orucov-Bakı Dövlət Sosial iqtisad Kollecinin direktoru