• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı

  • 29.02.2024, 12:57,
  • ---
  • Baxılıb: 44
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı




Bir neçə gün öncə, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Düz otuz iki ildən sonra xocalılılar doğma torpaqlarına qayıtdılar, Xocalı soyqırımı günü ilk dəfə Xocalıda qeyd olundu və Xocalı qurbanlarının xatirəsi anıldı.
Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 26 fevral günündə memorial kompleksin təməli qoyulacağını qeyd edən Prezident İlham Əliyev sakinlərə müraciətində bildirdi ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq.
Bəli, biz Xocalıya qayıtdıq, biz hər zaman buna inanırdıq...
Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmiş, erməni vəhşiləri, faşistləri tərəfindən vətəndaşlarımız vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
Azərbaycan dövləti bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərirdi və haqlı olaraq dünyadan ədalət tələb edirdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti, dövlət qurumları onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan digər ərazilər isə beş ay bundan əvvəl antiterror əməliyyatı nəticəsində azad edilmişdir.
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.
Bu gün Xocalıda böyük abadlıq işlərinə başlanılıb. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il isə yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il Xocalıda artıq həyat bərpa ediləcək!
Cənab Prezidentimizin də dediyi kimi, biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.

Sabunçu qəsəbəsi, 155 nömrəli məktəbin
Uşaq Birliyi Rəhbəri Arzu Məmmədova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 024
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 713
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter