• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Musa Süleymanov: 28 May – Azərbaycanın şanlı tarixidir

  • 27.05.2024, 00:39,
  • ---
  • Baxılıb: 48
Musa Süleymanov: 28 May – Azərbaycanın şanlı tarixidir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanovdur.

Zirə Dəniz Limanı 23.12.2013 – cü il tarixdə istismara verilmişdir. Liman 13.10.2016 – cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra – Dövlət Dəniz Agentliyi) tərəfindən dövlət qeydiyyatına alınmışdır. “ADO-G Logistics” MMC Zirə limanının əsas idarəetmə orqanıdır.

Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır.

Zirə Limanında agent xidmətləri “ADO-G Marine Services” tərəfindən göstərilir.

“ADO-G Marine Services” Xəzər dənizində yerli, regional və qlobal miqyasda gəmiçilik əməliyyatlarını dəstəkləmək üçün lazımi resurslar, təcrübə və infrastruktur ilə bir neçə təşkilatdan biridir.

Əməliyyatlar, sürətli və effektiv bir gəminin bərpası üçün dərin yerli təcrübə və port hakimiyyətləri ilə əla əlaqələrlə dəstəklənir.

ADO-G-nin beynəlxalq yük daşımaları xidməti konteyner gəmilərindən, toplu yük daşıyıcılarından, Ro-Ro gəmilərindən və tankerlərindən astarları və superyachtları seyr etmək üçün hər cür gəmilərə xidmət göstərir; Qazma platformaları və taxıldan, sementdən, poladdan, minerallardan xam, LPG və kimyəvi maddələrdən olan bütün yük növləri.

Xüsusi hazırlanmış həllər, liman zəngindən əvvəl, müddətdə və sonra, ehtiyaclarınıza cavab verən və dəyişən şəraitə uyğunlaşan gəmi statünüzün cusinformasiyasını saxlayır.

Zirə dəniz limanı öz fəaliyyətinin əsasını limanın dinamik və hər tərəfli inkişafında maddi nemətlərdən səmərəli istifadə və ətraf mühitin gələcək nəsillər üçün maksimum dərəcə yaxşı qorunmasında görür.

Bunun üçün müəsisə aşağıdakı öhdəlikləri qəbul edib:

Bütün beynəlxalq və ölkədaxili ekoloji normativlərə əməl olunmasının gözlənilməsi;
Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldılması ;
Ətraf mühitin zibillənməsinin qarşısının alınması üçün qabaqlıyıcı tədbirlər planın hazırlanması;
Əməyin mühafizəsi və istehsalatın təhlükəsizliyi üzrə vəziyyəti daim nəzarətdə saxlanması, bu sahədə vəziyyətin daim yaxşılaşdırması;
Müəsisənin işçilərinin “ekologiyanın qorunması” işlərinə hamılıqla cəlb edilməsi və bu sahədə göstəricilərin daim yaxşılaşdırılmasına nail olmaq.

Zirə limanı öz fəaliyyətinin əsasını müəssisənin dinamik və hər tərəfli inkişafında maddi nemətlərdən səmərəli istifadə və ətraf mühitin gələcək nəsillər üçün maksimum dərəcə yaxşı qorunmasında görür.

Bunun üçün müəsisə aşağıdaki öhdəlikləri qəbul edib:

Bütün beynəlxalq və ölkədaxili ekoloji normativlərə əməl olunmasının gözlənilməsi;

Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldılması ;

Ətraf mühitin zibillənməsinin qarşısının alınması üçün qabaqlıyıcı tədbirlər planın hazırlanması;

Əməyin mühafizəsi və istehsalatın təhlükəsizliyi üzrə vəziyyəti daim nəzarətdə saxlanması, bu sahədə vəziyyətin daim yaxşılaşdırması;

Müəsisənin işçilərinin “ekologiyanın qorunması” işlərinə hamılıqla cəlb edilməsi və bu sahədə göstəricilərin daim yaxşılaşdırılmasına nail olmaq.


Zirə Port Dəniz Sənayesi Kompleksinin rəhbəri Musa Süleymanov - 28 May-Azərbaycanın Respublikasının Müstəqillik Günü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün və 1918-ci ildə müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi hadisədir. 1918-ci iqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. 1917-ci il Rusiya inqilabı nəticəsində çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət quruldu. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçürüldü.
Musa Süleymanov: 28 May – Azərbaycanın şanlı tarixidir

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi: dünyada ilk dəfə qadınlara seçmə-seçilmə haqqı verdi, qadın-kişi bərabərliyini təmin etdi, milli ordusunu qurdu, milli bank yaradaraq pul vahidini dövriyyəyə buraxdı, demokratiya anlayışını gətirdi, azad seçki üsuli-idarəsi yaratdı, beynəlxalq əlaqələr quraraq dövlətlərin Azərbaycanın istiqlalını tanımasına nail oldu, Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirdi, iqtisadi islahatlar həyata keçirdi. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süquta uğradı. 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqilliyin ilk illərində ölkəmiz böyük təhlükələrlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Musa Süleymanov: 28 May – Azərbaycanın şanlı tarixidir
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 42
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 42
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 49
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 082
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 778
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter