• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Azərbaycan qazı Avropa üçün mühüm əhəmiyyətə malikdir

  • 22.07.2024, 10:11,
  • ---
  • Baxılıb: 30
Azərbaycan qazı Avropa üçün mühüm əhəmiyyətə malikdir


Avropa və Asiyanın qovşağında çox əlverişli coğrafi mövqeydə yerləşən Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan Respublikası özünün enerji ehtiyatlarından çox səmərəli şəkildə istifadə edir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Odur ki, ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, sülhün bərqərar olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı bir strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin Cənubi Qafqazın geostrateji təhlükəsizliyini daha da gücləndirir.
Bu gün Avropa İttifaqı enerji daşıyıcıları ilə təchizatında böyük çətinliklərlə qarşılaşmışdır. Azərbaycan isə Avropa İttifaqını qazla təchizatında alternativsiz mənbəyə çevrilmişdir. 2027-ci ilə qədər Avropaya qaz ixracımızı 20 milyard kub metrə çatdırmağa hədəfləmişik. Avropa İttifaqı görürür ki, Prezident İlham Əliyevin sözü imzası qədər möhkəmdir. Ona görə də Avropa Liderləri dövlət başçımızla görüşməyə, əməkdaşlığını genişləndirməyə çalışır. Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısında iştirak edən dövlət başçıları arasında Prezident İlham Əliyevin şəxsiyyəti kənardan görməmək mümkün deyil. Hətta dövlət başçımızın keçirdiyi görüşləri Paşinyan da kənarda tək-tənha oturub izlədiyini foto kadra düşmüşdür. Bəli, ona görə də Paşinyan böyük şəxsiyyət Prezident İlham Əliyevlə görüşməkdən qorxaraq geri çəkildi
İndi Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan dünyaya həm də, neft, qaz, elektirik enerjisi, neft – kimya məhsulları ixrac edir. Dünyada sülhsevər ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır, tərəfdaşlarının sayı çoxalır.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter