19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.
İstərdim əvvəlcə hərbi əməlliyyatların xronikasını gözdən keçirək.
II Qarabağ müharibəsi hərbi əməliaıarı erməni terrorçiuıarı tərəfindən mülki əhalimizin atəşə tutulması və dinc vətəndaşlarımızın qələ yetirilməsindən sonra Ali Baş Komandan cənab preziden İlham Hedər oğlu Əliyevin əmri ilə “əks zərbə”ilə başlanmış, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanın acınacaqlı sonunu bir daha xatırladaq:
“Ermənistan Bəyanatın dördüncü bəndində qeyd edilən qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmasına dair şərti icra etmək istəmədi. Əksinə, Azərbaycan ərazisindəki separatçı rejimə və qanunsuz silahlı birləşmələrə dəstəyi davam etdirdi. Həmin dövrlərdə atəşkəs intensiv şəkildə pozulur, yaxındakı yaşayış məntəqələri və dinc əhali üçün təhlükə artır, terror aktları törədilirdi. Bu, belə davam edə bilməzdi və Ordumuz öz gücünü yenidən göstərməli oldu”.
“Bu unikal antiterror tədbirləri ilə Azərbaycan Ordusu bütün dünyaya öz gücünü və yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Kifayət qədər geniş ərazidə keçirilən antiterror əməliyyatlarının gedişində heç bir mülki şəxs xəsarət almadı, bölgədəki mülki infrastruktura heç bir ziyan dəymədi. Bütün bunlar dünya hərb tarixində bir ilkdir. Humanist dəyərlərə, beynəlxalq hüquq normalarına tam riayət edən Ordumuz
zərgər dəqiqliyi ilə hərbi hədəfləri məhv edərək qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. Nəticədə, Xankəndidə və digər yerlərdə Azərbaycan Bayrağı ucaldıldı
Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı.
Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. O, prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət cənab prezident İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi: "Zəfər adı xalqımıza çox yaraşır...
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
tarix müəllimi Vüqar Nuriyev