Ermənistanda revanşist qüvvələr baş qaldırsa yenidən peşman olacaqlar
- 26.09.2024, 11:50,
- ---
Baxılıb: 108
Facebook
Вконтакте
Одноклассники
Google+
Unutmaq lazım deyil ki, informasiya-texnologiyalarının inkişaf dövründə “qara piar”ın gücü də artıb və manipulyasiyalara əl atan məkrli mərkəzlər, dar siyasi məqsələrini güdən qüvvələr Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsini həzm edə bilmir, uydurma və reallıqdan uzaq təxribat dolu məlumatları dövriyyəyə buraxırlar. Əlbəttə, Vətəninə bağlı hər bir azərbaycanlı dövlətinin yanında olacaq, mahiyyətindən asılı olmayan bütün təxribatlara ölkəmizin daha da çiçəkləməsinə töhfə verməklə cavab verəcək.
Bu gün hər bir azərbaycanlının da məlumatı var ki, Qarabağ müharibəsindən sonra bəzi bədnam qüvvələr və ermənipərəst dövlətlər Azərbaycana qarşı güclü təbliğat aparırlar. Bu qarayaxma kampaniyası xüsusilə də COP29 ərəfəsində daha da güclənib. Eyni zamanda, dövlət bütövlüyümüzün və suverenliyimizin bərpası bəzi dövlətləri mövcud reallığa qeyri-adekvat reaksiya verməsi də heç kimə sirr deyil. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında anti-Azərbaycan təbliğatına toxunması və buna qarşı mübarizə aparılmasının vacid olduğunu bildirməsi önəmlidir. Dövlət başçısı çıxışında əhalinin rifah halının daha da yaxşıllaşdırılmasının da diqqət mərkəzində olduğunu açıqladı. İqtisadi sahədə bu ilin göstəricilərini müsbət qiymətləndirən Prezident İlham Əliyev əlavə etdi ki, səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda isə artım 7 faiz olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Təbii ki, bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşdırılması məsələsi dayanır və hər ötən il əhalinin rifah halının yüksəldiməsinə yönəlmiş addımların artılması bunu təsdiqləyir.
Bundan başqa, Prezident İlham Əliyev ərazi bütövlüyü bərpa olunmuş ölkənin ali tribunasından ölkəyə və dünyaya mühüm mesajlar verdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etməyə davam edəcək, xarici siyasətdə heç bir geriyə addım olmayacaq və heç bir qüvvə bizi haqq işimizdə dayandıra bilməyəcək.
Altun İbrahimov-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
