"Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir
- 28.10.2024, 11:40,
- ---
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 22-də Kazanda XVI BRICS sammiti işə başlayıb. Bu tədbir Rusiya üçün son dövrlərin ən mühüm diplomatik hadisələrindən biridir. Rusiyanın müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir sayılır. O cümlədən qlobal çoxmərkəzli sistemin inkişafı və regional münaqişələrin həlli üçün də vacibdir. “Sammitin vacib mövzularından biri də Yaxın Şərqdəki vəziyyətdir. İran, Türkiyə, Misir və digər ölkələrin iştirak etdiyi müzakirələrdə, xüsusilə Fələstin və İsrail arasındakı münaqişə, Qəzza müharibəsi, İran və İsrail arasında davam edən qarşıdurmalar müzakirə mövzusu olacaq. BRICS bu münaqişələrin diplomatik vasitələrlə həlli üçün yollar axtaracaq, qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir mübadilələri aparılacaq. Düşünürəm ki, Kazanda keçirilən BRICS sammiti qlobal səviyyədə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına yönəlmiş mühüm diplomatik tədbirdir. Sammitin nəticələri Kazan deklarasiyası ilə rəsmiləşdiriləcək və bu sənəd BRICS ölkələrinin gələcək inkişaf yolunu müəyyən edəcək”
Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında bildirib ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq. Bakı ən böyük beynəlxalq iqlim konfransının - COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk.
BRİCS sammiti həm də dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərinin keçirilməsi üçün əhəmiyyətli platformadır. Bu baxımdan dövlət başçımız Kazanda bir çox dövlət başçıları ilə görüşlər keçirdi və ölkələrarası münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu. O cümlədən, cənab Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutmuş ikitərəfli görüş beynəlxalq ictimaiyyətin ən çox diqqətində olan məsələlərdən biri oldu. Bu görüş bir daha sübut etdi ki, vasitəçisiz keçirilən ikitərəfli görüşlər daha effektiv və nəticəyönümlüdür. Dövlət başçılarının müzakirə etdiyi sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı məsələlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin sürətlənməsində həlledici rol oynayacaqdır.
Maştağa qəsəbəsi, 293 saylı orta məktəbin
İngilis dili müəllimi Lamiyə Mikayılova

Şərh yaz
- 11-03-2022, 12:24
- 330 030
- 6 314
- 26-04-2019, 15:39
- 44 422
- 869
- 10-02-2022, 10:36
- 31 518
- 245
- 7-04-2022, 11:57
- 28 234
- 286
- 12-12-2020, 12:00
- 25 105
- 147
- 26-04-2019, 16:16
- 19 452
- 56
- 18-09-2019, 10:29
- 16 761
- 120
- 15-05-2019, 20:27
- 15 882
- 63
- 11-04-2022, 16:00
- 15 020
- 12
- 24-05-2020, 23:28
- 13 068
- 3
- 3-05-2019, 19:02
- 12 402
- 3
- 27-04-2019, 10:08
- 12 192
- 2
- 4-05-2019, 18:03
- 11 361
- 4
- 23-10-2019, 21:00
- 11 220
- 1
- 29-11-2019, 09:00
- 11 057
- 3
- 13-05-2020, 22:05
- 10 907
- 0
- 8-05-2019, 21:13
- 10 742
- 0
- 28-04-2019, 20:56
- 10 731
- 2
- 23-04-2019, 21:57
- 10 446
- 2
- 8-04-2020, 22:07
- 10 381
- 0
- 11-03-2022, 12:24
- 330 030
- 6 314
- 26-04-2019, 15:39
- 44 422
- 869
- 7-04-2022, 11:57
- 28 234
- 286
- 10-02-2022, 10:36
- 31 518
- 245
- 7-11-2019, 09:36
- 10 000
- 200
- 2-12-2025, 09:00
- 4 416
- 176
- 12-12-2020, 12:00
- 25 105
- 147
- 22-12-2021, 14:22
- 9 174
- 139
- 18-09-2019, 10:29
- 16 761
- 120
- 10-02-2023, 10:54
- 7 993
- 118
- 15-05-2019, 20:27
- 15 882
- 63
- 1-10-2020, 21:45
- 1 719
- 57
- 26-04-2019, 16:16
- 19 452
- 56
- 14-01-2020, 09:33
- 9 908
- 20
- 28-12-2020, 16:00
- 2 575
- 15
- 11-04-2022, 16:00
- 15 020
- 12
- 27-03-2021, 14:25
- 8 168
- 7
- 29-11-2021, 09:36
- 7 703
- 5
SOSİAL ŞƏBƏKƏLƏR