• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Famil Bağıyev: Milli Qurtuluş Günü və müasir inkişaf strategiyası

  • 11.06.2026, 21:16,
  • ---
  • Baxılıb: 5
 Famil Bağıyev: Milli Qurtuluş Günü və müasir inkişaf strategiyası


“Orbita” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbəri,
Famil Bağıyev


15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən mühüm və əlamətdar səhifələrindən biridir. Bu tarix dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsi, milli birliyin təmin olunması, ictimai-siyasi sabitliyin bərpası və müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi ilə xarakterizə olunur.

1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan siyasi böhran dövlətçiliyə ciddi təhlükə yaradırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşürdü.

AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi mövcud vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlət idarəetməsində təcrübəsiz şəxslərin irəli çəkilməsi, iqtisadi sahədə ardıcıl siyasətin olmaması, xarici siyasətdə yol verilən səhvlər və daxili çəkişmələr ölkəni faktiki olaraq idarəolunmaz vəziyyətə gətirmişdi. Belə bir ağır şəraitdə xalqımız çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü.

1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə dövlətçiliyin xilası naminə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. Bu qayıdış sadəcə siyasi hadisə deyil, dövlətçiliyin xilası naminə atılmış tarixi addım idi. Həmin il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Məhz həmin gün ölkədə yaranmış xaos və anarxiyanın aradan qaldırılması, dövlət qurumlarının bərpası və milli birliyin təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyuldu.

1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs sazişi ölkənin həyatında mühüm dönüş nöqtəsi oldu. Atəşkəsin təmin edilməsi nəticəsində xarici tərəfdaşlarla əməkdaşlıq imkanları genişləndi, iqtisadi islahatların həyata keçirilməsi sürətləndi və ölkənin inkişaf strategiyasının əsas konturları müəyyənləşdirildi. Məhz bu dövrdə həyata keçirilən məqsədyönlü siyasət sonrakı illərdə əldə edilən sosial-iqtisadi nailiyyətlərin təməlini formalaşdırdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” neft sazişi müasir dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biridir. Dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə bağlanan bu saziş Xəzər dənizinin zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına geniş imkan yaratdı. Bununla da ölkəyə milyardlarla dollar həcmində xarici investisiya axını təmin olunmuş, iqtisadi inkişafın sürətlənməsi və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaranmışdır. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər mühüm enerji layihələrinin reallaşdırılması məhz bu strateji qərarın məntiqi davamı oldu. Nəticədə ölkəmiz regionun aparıcı enerji mərkəzlərindən birinə çevrildi, iqtisadi müstəqillik möhkəmləndi və sosial rifahın yüksəldilməsi üçün etibarlı maliyyə imkanları yarandı.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul olunması dövlət quruculuğu prosesində mühüm mərhələ təşkil etdi. Konstitusiya müstəqil dövlətin hüquqi və siyasi əsaslarını müəyyənləşdirdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdi. Ölkədə qanunun aliliyinin təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması baxımından möhkəm hüquqi baza yarandı. Konstitusiyanın qəbulundan sonra həyata keçirilən ardıcıl islahatlar ölkənin hərtərəfli inkişafına mühüm töhfə verdi.

Milli Məclisin 1997-ci ildə qəbul etdiyi qərarla 15 iyun Milli Qurtuluş Günü elan edildi. Bu qərar xalqın öz xilaskar liderinə olan ehtiramının və tarixi həqiqətlərə verilən siyasi dəyərin ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri dövlətçiliyin qorunması və möhkəmləndirilməsi olmuşdur. Ulu Öndər hər zaman vurğulayırdı ki, sabitlik olmadan heç bir inkişafdan danışmaq mümkün deyil.

Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilir. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin iqtisadi qüdrəti əhəmiyyətli dərəcədə artmış, beynəlxalq nüfuzu yüksəlmiş, enerji və nəqliyyat sahələrində qlobal əhəmiyyətli layihələr reallaşdırılmışdır. Dövlətimizin müdafiə qabiliyyəti gücləndirilmiş, müasir ordu quruculuğu sahəsində mühüm uğurlar əldə edilmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmiş, tarixi ədalət bərpa olunmuş və yeni reallıqlar formalaşmışdır. Məhz güclü dövlət quruculuğu, milli həmrəylik, müstəqil siyasət və güclü ordu konsepsiyası ölkəmizin qarşısında duran ən mühüm vəzifələrin uğurla yerinə yetirilməsinə şərait yaratmışdır. Postmüharibə dövründə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Bununla yanaşı, Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu və separatçı fəaliyyətlərin davam etdirilməsi dövlət suverenliyinə təhdid yaratmaqda idi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi və ərazi bütövlyü tam təmin olunmuşdur.

Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri həmin uğurların ən mühüm göstəricilərindən biridir. Azad olunmuş ərazilərdə müasir şəhər və kəndlərin salınması, yeni yol və tunellərin inşası, hava limanlarının istifadəyə verilməsi, enerji və kommunikasiya infrastrukturunun yenidən qurulması, həmçinin Böyük Qayıdış Proqramının uğurla icrası regionun sürətli dirçəlişini təmin edir. Vaxtilə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətin gücünü, sosial siyasətinin səmərəliliyini və milli inkişaf strategiyasının uğurunu əyani şəkildə nümayiş etdirir. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursunun müasir dövrdə uğurla davam etdirilməsinin və ölkənin gələcək inkişafının etibarlı təməl üzərində qurulmasının bariz ifadəsidir. Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, xalqın birliyinin, dövlətçilik ənənələrinin və milli həmrəyliyinin ən bariz nümunəsidir. Beləliklə, xalqın taleyində elə məqamlar olur ki, həmin anlarda verilən düzgün qərarlar bütöv bir dövlətin gələcəyini müəyyənləşdirir.

15 İyun xalqımızın öz dövlətini qorumaq əzminin, milli iradəsinin və siyasi müdrikliyinin təcəssümüdür. Bu gün müstəqil, güclü, suveren və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyalarının, Onun qurduğu dövlətçilik məktəbinin və müəyyən etdiyi strateji inkişaf xəttinin parlaq nəticəsidir. Milli Qurtuluş Günü xalqımızın yaddaşında əbədi yaşayacaq, dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcəkdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Eldar Əzizov yola salınır?

  • Dünən, 10:20
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 224
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 179
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter