Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? - Qərbi Azərbaycandan olanlar da...
- 03.12.2020, 13:35,
- Cəmiyyət
Baxılıb: 61
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Ordusu tərəfindən azad olunan torpaqlarda təmizləmə və yenidən qurma işləri davam edir. Bütün bu proseslərdən sonra əhalinin köçürülməsinə başlanıla bilər. Bəs, köçürülmə zamanı öncəlik hansı şəxslərdə olacaq?
Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, işğaldan azad olunan ərazilərə ilk olaraq oranın sahibləri getməlidir:
"Oralar bir müddət sonra cənnətə çevriləcək. Hamının orda torpaq payı, evi, sahələri var. Bu torpaqların hər birinin öz sahibi var. Azərbaycanın müxtəlif ərazilərində yaşayan məcburi köçkünlər ora gedəcəklər.
Qərbi Azərbaycandan olan həmyerlilərimiz isə torpaq alaraq orada qala bilər. Çünki torpaq xüsusi mülkiyyətdir. Bu baxımdan insanların hansı bölgədən olması fərq etmir. Lakin köçürülməyə gəldikdə isə, ilk olaraq həmin torpaqların öz sahibləri evlərinə geri qaytarılacaq. Həmin torpaqların qeydiyyatlı əhalisi köçürülənlər arasında ön sırada olacaq".