• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Erməni hərbçilərin maketlərini hazırlayan şəxsi siz də tanıyın - VİDEO

Erməni hərbçilərin maketlərini hazırlayan şəxsi siz də tanıyın - VİDEO


Son iki gündür bir çoxları onun hazırladığı maketlərdən danışır. Ötən gün açılışı olan Hərbi Qənimətlər Parkında sərgilənən Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin, eləcə də Azərbaycan əsgəri qarşısında əzilən erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb. O, hazırladığı bu maketlərlə bağlı "Xəzər Xəbər"ə danışıb.
Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb. Təxminən 30-a yaxın maketi hazırlamaq əziyyət tələb etsə də, bu işi görmək Rəşid Məhərrəmov üçün qürurverici olub.

Bu maketlərin hazırlanmasında müxtəlif dözümlü materiallardan istifadə olunub. Rəşid Məhərrəmov maketləri hazırlamazdan öncə ermənilərə xas olan obrazlar haqqında geniş məlumatlar əldə edib və maketləri də bu obrazlara uyğunlaşdırıb.

Rəşid Məhərrəmov sosial şəbəkələrdə erməni hərbçilərin maketlərinin hazırlanmasına etiraz edən bəzi istifadəçilərə də cavab verib. O bildirib ki, dünyanın əksər ölkələrində bu cür parklarda muzeylər salınır.

Bu muzeylərdə məğlub ölkənin hərbçilərini vizual olaraq əks etdirən maketlər hazırlanır və bu maketlər heç də reallıqda əks olunan insanların obrazı ilə eyniləşmir. Buna görə də, maketlərin bəzilərində əks olunan obraz reallıqdakı erməni hərbçinin obrazı ilə üst-üstə düşməyə bilər. Qeyd edək ki, Rəşid Məhərrəmov budan öncə də Milli Qəhrəman Mübariz İbrahimovun heykəlini hazırlamışdı.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 6
  • 0

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter