Jurnalistlərin Füzuli və Xocavəndə səfəri başlayıb
- 28.04.2021, 10:09,
- Cəmiyyət
Baxılıb: 66
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.
“Report” xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanıb, ərazidə məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.
O qeyd edib ki, daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı" yatağına baxış olacaq: "Səfrər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və Köndələnçay-1 su anbarına balıq buraxılması baş tutacaq.
Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək".