• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

COVID pasportu əldə etməkdə problem: Sistem çökdü

COVID pasportu əldə etməkdə problem: Sistem çökdü


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır.

Bu barədə bir sıra vətəndaşlar narazılıqlar səsləndirib.Bildirilib ki, “Asan Login” sistemi vasitəsilə sistemə daxil olduqdan sonra kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan COVID-19 pasportunu əldə etmək mümkün olmur.

Problemlərin mövcudluğunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də təsdiq edib. O bildirib ki, artıq bir neçə saatdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Şəxsi Kabinet”ə daxil olmaqda problemlər yaşanır:

“Güman etmək olar ki, Dövlət Agentliyinin informasiya sistemi COVID-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı müraciətləri emal edə bilməyib və sistem çöküb.
Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib. Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resursları düzgün hesablamayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.

Təəssüf ki, aidiyyatı qurumlar, eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər. Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etsək də, zənglərimiz cavablandırılmadı.

COVID pasportu əldə etməkdə problem: Sistem çökdüCOVID pasportu əldə etməkdə problem: Sistem çökdüCOVID pasportu əldə etməkdə problem: Sistem çökdü
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 046
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 736
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter