Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır
- 30.07.2021, 09:36,
- Cəmiyyət
Baxılıb: 162
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aparılan əhalinin peyvəndlənməsi bu xəstəliyə qalib gəlmək üçün mühüm vasitələrdən sayılır. Vurğulamaq lazımdır ki, bu gün yenidən kütləvi yoluxma halları ilə qarşılaşmamaq və hər hansı bir qapanmalara gedilməməsi üçün məhz vaksinasiya olunmaq ən optimal variant hesab edilir. Təbii ki, bəzən insanlarda vaksinasiya və pevənd sertifikatları ilə bağlı suallar yaranır ki, bunun da cavabı müvafiq dövlət strukturları tərəfindən mütəmadi olaraq izah edilir.
Vurğulamaq yerinə düşər ki, artıq koronavirusa yoluxmuş və sağalmış insanların əldə edə biləcəyi "İmmunitet sertifikatı" xəstəliyə yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər "İmmunitet sertifikatı" əldə edə bilərlər ki, onun da etibarlılıq müddəti cəmi 6 aydır. Çünki elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. "İmmunitet sertifikatı"nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin "İmmunitet sertifikatı" müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
"Peyvənd sertifikatı" isə COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. Belə ki, infeksiyaya qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir ki, bunun üçün "randevu.its.gov.az" saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Qeyd edək ki, hazırda Azərbaycanda 4 istehsalçının vaksini - SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya) vaksinləri işlənir.
Xüsusi olaraq vurğulanmalıdır ki, "Peyvənd sertifikat"ları müddətsizdir. Eləcə də, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. "Peyvənd sertifikatı"nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.
Dünyada milyonlarla insanın həyatına son qoyan SOVİD-19 pandemiyasına qarşı mübarizədə hər bir şəxs üzərinə düşən məsuliyyəti dərk etməli və onu həyata keçirməlidir. Peyvəndlənmə fərdin sosial məsuliyyətidir və ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Bir sözlə, vaksinasiya müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektlisi, iqtisadi cəhətdən ən əlverişlisidir.
Sabir Kərimov,
Salyan Mərkəzi Rayon Xəstəxanasının Pediatriya şöbəsinin müdiri
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 962
- 5 494
- 10-02-2022, 10:36
- 28 364
- 244
- 7-04-2022, 11:57
- 21 502
- 207
- 26-04-2019, 16:16
- 16 088
- 45
- 18-09-2019, 10:29
- 13 608
- 119
- 12-12-2020, 12:00
- 13 325
- 92
- 11-04-2022, 16:00
- 11 807
- 12
- 15-05-2019, 20:27
- 11 020
- 54
- 24-05-2020, 23:28
- 9 938
- 3
- 26-04-2019, 15:39
- 9 419
- 99
- 27-04-2019, 10:08
- 8 999
- 2
- 23-10-2019, 21:00
- 8 015
- 1
- 29-11-2019, 09:00
- 7 862
- 3
- 13-05-2020, 22:05
- 7 721
- 0
- 28-04-2019, 20:56
- 7 487
- 2
- 23-04-2019, 21:57
- 7 255
- 2
- 11-03-2022, 12:24
- 309 962
- 5 494
- 10-02-2022, 10:36
- 28 364
- 244
- 7-04-2022, 11:57
- 21 502
- 207
- 7-11-2019, 09:36
- 6 010
- 121
- 18-09-2019, 10:29
- 13 608
- 119
- 26-04-2019, 15:39
- 9 419
- 99
- 12-12-2020, 12:00
- 13 325
- 92
- 22-12-2021, 14:22
- 4 701
- 57
- 15-05-2019, 20:27
- 11 020
- 54
- 10-02-2023, 10:54
- 4 208
- 52
- 26-04-2019, 16:16
- 16 088
- 45
- 14-01-2020, 09:33
- 6 764
- 20
- 11-04-2022, 16:00
- 11 807
- 12
- 27-03-2021, 14:25
- 4 934
- 7
- 29-11-2021, 09:36
- 4 527
- 5
- 29-09-2020, 11:15
- 4 947
- 5
- 24-09-2020, 11:41
- 4 984
- 5
- 16-05-2019, 14:19
- 6 879
- 5
- 15-05-2019, 09:47
- 5 218
- 5
SOSİAL ŞƏBƏKƏLƏR