• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Azərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTO

Azərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTO


İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.

Report xəbər verir ki, tədbirdə Azərbaycanın 200 kvadratmetlik ərazidə quraşdırdığı pavilyonda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar, Müdafiə Sənayesi və Müdafiə nazirlikləri təmsil edir.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 2 “MiQ-29” təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz uçuş aparatları da sərgilənir.

“MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.

Pavilyonda quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.

Tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Festivalda ilk dəfə olaraq Türkiyə Müdafiə Sənayesi Nazirliyinin hazırladığı “Türk müdafiə sənayesi keçmişdən gələcəyə” başlıqlı zaman tuneli də ziyarətçilərə təqdim edilir. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk müdafiə sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Azərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTOAzərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTOAzərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTOAzərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTOAzərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTOAzərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 6
  • 0

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter