• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Müzəffər ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komanda

Müzəffər ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komanda



27 sentyabr 2021-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev “27 sentyabr-Anım Günü“ ilə əlaqədar televiziya vastəsilə Azərbaycan xalqına müraciət etmişdir. Müraciəti dinləyərək bəzi fikirlərimi sosial şəbəkə iştirakçıları ilə bölüşmək istərdim. Mən çox istərdim ki, bugünki möhtəşəm qələbənin səbəblərinin haradan qaynaqlanmasından başlayım.

Ulu Öndər, Azərbaycan dövlətinin və müllətinin iftixarı, müdrik siyasətçi, Azərbaycan millətinin müasir dövrdəki ideoloqu Heydər Əliyev demişdir: ”Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur”. Cənab Prezidentimiz İlham Əliyev də “Bayrağımız bütün işğal edilmiş torpaqlarımızda dalğalanacaq” hökmünü dəfələrlə bəyan edirdi.

“Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq” deyə söyləyən Ulu Öndər sanki uzaqgörənliklə dünəndən bu günə səslənib və yaxud “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır” paradiqmal məntiqi günümüzün yoludur.

Ulu Öndərin ”Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya da millət olmadığımızı etiraf etməliyik” siyasi fəlsəfəsində “Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi” məntiqi var.

Torpağın nurla dolsun, Böyük Öndər! Siyasi varisin, qanın-nəfəsin, səsin-davranışın, eynən bənzərin olan Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında Azərbaycanda qismən səfərbərlik elan etdi və sanki hər birimizdə dünəndən ünvanlandığınız kəlamınızı öz qətiyyətli cəsarəti ilə oyatdı və ”Biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik” hökmündə Qarabağ Azərbaycandır! nəticəsi hasil oldu.

Dövlət o zaman güclü olur ki, güclü lideri olsun. Güclü lideri də məhz güclü xalq meydana çıxarır. Prezident İlham Əliyev güclü Azərbaycan xalqının güclü, çevik lideri, diplomat, strateq Ali Baş Komandandır.

27 sentyabr 2020-ci ildə mənfur, xain, vandal erməni faşizminin yenidən Azərbaycan torpaqlarını işğal etmək istəyinə qarşı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks həmlə hücumuna keçdi. 44 gün ağır döyüşlər getdi. 30 ilə yaxın işğal altında olan Qarabağ torpağında ermənilər böyük mühəndislik işləri görmüş və möhkəmlənmişdilər. Müzəffər Azərbaycan ordusunun şücaəti, qəhrəmanlığı və igidliyi nəticəsində “alınmaz” hesab edilən torpaqlarımız işğaldan azad edildi. Tarixdə misli görünməyən bir qəhrəmanlığın nəticəsi olaraq təxminən 1800 günə işğal olunmuş Qarabağ torpağı 44 günə işğaldan azad olundu.

44 günlük Vətən müharibəsində 2907 nəfər igidimiz şəhidlik zirvəsinə ucaldı və yüzlərlə yaralılarımız oldu. 10 noyabr 2020-ci il tarixində Ermənistan “kaputiliyasiya aktı”na məcburi imza atdı və məğlub olmasını bəyan etdi. Biz zəfər çaldıq. Bu zəfər Müzəffər Ali Baş Komandan-Ordu-Xalq birliyinin, birlikdə gücünün simvoluna çevrildi.

Azərbaycan dövləti İki əsrdən (1813-cü il Gülüstan müqaviləsindən başlayaraq) bu günədək uzanan yoldakı “tabeçilik” kompleksindən çıxdı və dünyada hərb təcrübəsi öyrənilən bir dövlətə çevrildi.

Bu tarixi qələbə təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə bitmədi, həm də xalqın ləyaqətinin ucalması, özünə inamının qayıtması və liderinin gücünə etibarının daha da möhkəmlənməsi nəticəsinə gəldi.

Cənab Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli əmri ilə hər il sentyabrın 27-si respublika ərazisində “Anım Günü” kimi qeyd ediləcəkdir.

Bizlər hər birimiz fəxarət, qürur hissi ilə əbədiyaşar igidlərimizin həyat yolunu varaqladıq və bu nəticəyə gəldik: Şəhidlərimiz, Azərbaycan xalqının və Dünya

Azərbaycanlılarının ləyaqət, mərdlik və namus simvollarına çevrilən ölməz igidləri daim yaddaşlarda əbədi yaşayacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Müzəffər Azərbaycan xalqı, Yaşasın Müzəffər Ali Baş komandan-Ordu və Xalq birliyi!

Səlimağa Səlimli,

Salyan rayon Şəkərli kənd ümumi orta məktəbi, Əməkdar müəllim
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 003
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 685
  • 56
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter