• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

O məmurların dalına bir təpik vurmaq lazımdır…

O məmurların dalına bir təpik vurmaq lazımdır…

Seymur Verdizadə
Aydın məsələdir ki, bizim heç birimizi Ramiz Mehdiyevin yerinə təyin etməyəcəklər. Dost-tanış, qohum-qardaş arasında da bu posta iddia edən yoxdur. Amma hamımız kadr islahatlarını diqqətlə izləyirik. Azərbaycan böyük dəyişikliklərə hamilədir. Xalq “doğuş”un ağrısız keçməsini istəyir…
Avropada, Amerikada dövlət qulluğu Azərbaycanda olduğu qədər cazibədar görünmür. Obrazlı desək, inkişaf etmiş ölkələrdə yalnız əlsiz-ayaqsız adamlar məmur olmağa can atırlar: “Əsas odur ki, sığortam var. Xəstələnəndə pulsuz müalicə olunacağam”.
Savadlı, bacarıqlı kadrlar isə xəstələnmək deyil, yaşamaq, qurub-yaratmaq haqda düşünürlər. Onlar öz bizneslərini yaradır, yaxşı pul qazanır, dövlətin vergisini ödəyir, xoşbəxt həyat sürürlər. Söhbət ondan getmir ki, hamı biznesmen olmalı, nəsə alıb-satmalıdıır. İnkişaf etmiş ölkələrdə yaxşı həkimlər öz xəstəxanalarını yaradır, yaxşı vəkillər öz bürolarını açırlar. Özünüz fikirləşin: yaxşı hüquqşünas niyə 417 manat məvaciblə Əhəd Abıyevin əlinin altında işləsin?
Kadr dəyişiklikləri ölkəmizdə ona görə bayram əhval-ruhiyyəsi yaradıb ki, xalq ən azı bir neçə korrupsionerdən qurtulacağını düşünür. “Köhnə qvardiya” “dövlətin malı dəniz, yeməyən donuz” prinsipi ilə işləyir. Neçə illərdi ki, neft pulları dədə malı kimi acgöz məmurlar arasında bölüşdürülür. Azərbaycan xalqının sərvətləri amansızca talan edilir. İnsanlar yarıtmaz idarəçiliyin günahını “köhnə qvardiya”nın yırtıcı nümayəndələrində görürlər. Buna görə də onlardan qurtuluş ölkədə bayram ovqatı yaradıb. Gənclərimizin yolunu kəsən kötüklər təmizləndikcə gələcəyə ümid artır.
Sosial şəbəkələr xalqın arzusunu, istəyini ifadə edir. Xalqın yola salmaq istədiyi məmurlardan biri də Səhiyyə naziri Oqtay Şirəliyevdir. Şirəliyev çox adamın sinəsinə dağ çəkib. Buna görə də tezliklə onun “şirəsini” çəkmək lazımdır. Şirəliyev həkim olsa da, Azərbaycan səhiyyəsini xəstə edib. Ölümcül vəziyyətdə olan səhiyyəmizin “müalicəsi” Oqtay müəllimin istefasından keçir. Ümid edirik ki, cənab nazir bizi çox intizarda qoymayacaq…
Mən, kadr dəyişikliklərinin bu gün, hətta sabah da davam edəcəyinə inanıram. Azərbaycan xalqı yırtıcı məmurlardan xilas olmaq istəyir. Normal ölkələrdə məmur xalqa xidmət edir. Azərbaycanda isə məmur xalqa xidmətçi kimi baxır. Belə adamlarla yolları ayırmağln vaxtı çatıb. Məmur əlçatan olmalıdır. Xalqa arxasını çevirən məmurun dalına bir təpik vurub, yola salmaq lazımdır… /moderator.az/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 30
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 070
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 766
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter