• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Füzuli şəhərinin işğaldan azad olunması stareji əhəmiyyət kəsb edir

Füzuli şəhərinin işğaldan azad olunması stareji əhəmiyyət kəsb edir


Bizim tariximizdə bir çox şərəfli anlar, qələbələr olub. Onların sırasında Füzulinin azad edilməsi xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində ordumuzun apardığı ən əhəmiyyətli əməliyyatlardan biri olan Füzuli əməliyyatı nəticəsində qədim yaşayış məskənlərimiz azad olundu.

Azərbaycanın şanlı ordusu 23 avqust 1993-cü il işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 17 oktyabr 2020-ci il zəfərini yazdı. Bəli, ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il yağı düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq göstərərək 27 il ərzində düşmənin təmas xəttində qurduğu mohkəm istehkamları qısa bir müddətdə darmadağın etdi.

Füzuli rayonunun işğaldan azad edilməsi çox böyük starteji əhəmiyyətə malik idi. Füzuli Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi idi. Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açırdı. Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda ordumuzun nəzarətinə keçməsi demək idi. Çünki ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzdi. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi.

Oranın relyefi də elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzuli ərazisindən ermənilərə gedirdi. Artiq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq İran ərazisindən hansısa yol tapmalı, yada orda məhv olmalı idi. Odur ki, Füzulinin azad edilməsinin böyük əhəmiyyəti var idi.

Ötən ilin 17 oktyabrında Füzuli şəhərinin azad olunması nəinki füzulilərin xatirəsinə, həm də Azərbaycanın tarixinə şanlı səhifələrlə həkk olunmuş mühüm tarixi hadisələrdən biri oldu. Bu tarixdə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən işğaldan azad olundu. Füzuli Azərbaycan ordusunun nəzarətinə keçdikdən sonra artıq Şusa istiqamətində getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burda çox güclü müdafiə xətti qurmuşdu. Otuz il ərzində düşmən burda möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığının, fədakarlığının göstəricisidir.

Bu tarixi zəfəri bizə yaşadan Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!

Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Ordumuz!

Füzuli bizimdir! Füzuli Azərbaycandır!

Hafizə Xudiyeva,

Salyan rayonunda müvəqqəti məskunlaşmış

Füzuli rayon sakini.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 009
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 696
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter