Şərəfli vəzifəyə yiyələnən İlkin İmanov bu işin müqəddəsliyini qoruyub saxlayır
- 14.12.2021, 12:27,
- Cəmiyyət
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri İlkin İmanov - 44... Bu, Azərbaycan xalqı üçün bir rəqəmdən daha artıqdır. Bizim üçün 44 demək müharibə, həyəcan, bəzən göz yaşı, bəzən qürur deməkdir. Nələr yaşamadıq o 44 gündə? Bizim üçün zaman anlayışı dəyişmişdi. Sanki bir gün 24 saat deyil, bir əsrə bərabər idi. Hər an bir xəbər gözləyirdik. Xalq Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişdi. 3000-ə yaxın şəhid verdik, o da yetməzmiş kimi şəhərlərimiz bombalandı, günahsız körpələrimiz öldü. Amma bütün bunlar bizim cəsarətimizi, qələbə əzmimizi qıra bilmədi. Xalq müxbirlərin əlindən mikrofonu alıb “Biz buradayıq, Vətənimizdəyik və sizdən qorxmuruq!” mesajları verdi.
Müharibə qələbə ilə bitmişdi və bu qələbəyə də anlı-şanlı bir parad yaraşardı. Cənab Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın əvvəlindən möhtəşəm paradın keçirilməsi üçün göstərişlər verdi. Paradın keçiriləcəyi məkan bəlli idi: Azadlıq meydanı. Azadlığımızı qazandığımız meydanda 3000-dən çox əsgər zəfər yürüyüşü edəcəkdi.
2020-ci ilin 10 dekabrında baş tutan Zəfər paradına Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəvət olunmuşdu. Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əsgərləri salamladı və xalqı bu qələbə münasibətilə bir daha təbrik etdi. Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışı ilə qardaşlıq mesajı verdi. O, bildirdi ki, bu qələbə Əhməd Cavadın, Nuru Paşanın, Mübariz İbrahimovun ruhunu sevindirdi. Ərdoğanın çıxışında səsləndirdiyi “Arazı ayırdılar...” şeiri xalqı duyğulandırdı. Daha sonra iki dost, iki qardaş – Azərbaycan və Türkiyə liderləri Zəfər paradını qürurla izlədilər. Paradda Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri də addımladı. Türkiyənin parad heyətinə minbaşı Harun Ergen rəhbərlik edirdi. Türk əsgəri addımlayarkən bu şeir səslənirdi:
Neçə sirdaşın var, silahdaşın var,
Tarixə görk olan ər savaşın var,
Nə yaxşı, nə yaxşı türk qardaşın var!
Bu parad bütün dünyaya türkün birliyini, gücünü göstərdi. Zəfər paradı qardaşlıq paradı oldu.
Zəfər paradında diqqət çəkən məqamlardan biri də Şuşa şəhəri azad edilərkən qaldırılan bayrağın meydana gətirilməsi oldu. Bu, bizim Zəfər bayrağımız idi.
Biz bu möhtəşəm qələbəni şəhidlərimizə borcluyuq. Onların sayəsində o günləri hər zaman fəxrlə anırıq. Yaşasın, müzəffər Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri İlkin İmanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri İlkin İmanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlkin İmanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri İlkin İmanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri İlkin İmanovdur.
Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri İlkin İmanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlkin İmanov bu işin müqəddəsliyini qoruyub saxlayır. İlkin İmanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu İlkin İmanovdan danışdılar yaxşı ki, İlkin İmanov Sabirabad 64 saylı dairə seçki komisiyasının sədridir… İlkin İmanov öz isguzarlığı ilə tanınır və seçilir….
İlkin İmanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İlkin İmanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
İlkin İmanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
İlkin İmanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İlkin İmanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İlkin İmanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad 64 saylı dairə seçki komisiyasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İlkin İmanov özünü doğruldub. Bizdə hörmətli İlkin İmanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 183
- 5 502
- 10-02-2022, 10:36
- 28 443
- 244
- 7-04-2022, 11:57
- 21 614
- 207
- 26-04-2019, 16:16
- 16 171
- 45
- 18-09-2019, 10:29
- 13 682
- 119
- 12-12-2020, 12:00
- 13 423
- 92
- 11-04-2022, 16:00
- 11 881
- 12
- 15-05-2019, 20:27
- 11 104
- 54
- 24-05-2020, 23:28
- 10 013
- 3
- 26-04-2019, 15:39
- 9 508
- 99
- 27-04-2019, 10:08
- 9 074
- 2
- 23-10-2019, 21:00
- 8 090
- 1
- 29-11-2019, 09:00
- 7 937
- 3
- 13-05-2020, 22:05
- 7 795
- 0
- 28-04-2019, 20:56
- 7 561
- 2
- 23-04-2019, 21:57
- 7 333
- 2
- 11-03-2022, 12:24
- 310 183
- 5 502
- 10-02-2022, 10:36
- 28 443
- 244
- 7-04-2022, 11:57
- 21 614
- 207
- 7-11-2019, 09:36
- 6 131
- 127
- 18-09-2019, 10:29
- 13 682
- 119
- 26-04-2019, 15:39
- 9 508
- 99
- 12-12-2020, 12:00
- 13 423
- 92
- 22-12-2021, 14:22
- 4 788
- 58
- 10-02-2023, 10:54
- 4 330
- 57
- 15-05-2019, 20:27
- 11 104
- 54
- 26-04-2019, 16:16
- 16 171
- 45
- 14-01-2020, 09:33
- 6 838
- 20
- 11-04-2022, 16:00
- 11 881
- 12
- 27-03-2021, 14:25
- 5 008
- 7
- 29-11-2021, 09:36
- 4 601
- 5
- 29-09-2020, 11:15
- 5 024
- 5
- 24-09-2020, 11:41
- 5 059
- 5
- 16-05-2019, 14:19
- 6 953
- 5
- 15-05-2019, 09:47
- 5 292
- 5
SOSİAL ŞƏBƏKƏLƏR