Şərəfli vəzifəyə yiyələnən Bayram Bağırov bu işin müqəddəsliyini qoruyub saxlayır
- 27.01.2022, 12:33,
- Cəmiyyət
Baxılıb: 68
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabirabad Neft Bazasının müdiri Bayram Bağırovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Sabirabad Neft Bazasının müdiri Bayram Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bayram Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad Neft Bazasının müdiri Bayram Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad Neft Bazasının müdiri Bayram Bağırovdur.
Sabirabad Neft Bazasının müdiri Bayram Bağırov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bayram Bağırov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bayram Bağırov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Bayram Bağırovdan danışdılar yaxşı ki, Bayram Bağırov Sabirabad Neft Bazasının müdiridir… Bayram Bağırov öz isguzarlığı ilə tanınır və seçilir….
Bayram Bağırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Bayram Bağırov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Bayram Bağırov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Bayram Bağırovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Bayram Bağırov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Bayram Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad Neft Bazasının müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Bayram Bağırov özünü doğruldub. Bizdə hörmətli Bayram Bağırovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Sabirabad Neft Bazasının müdiri Bayram Bağırov - “Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq platforması təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük imkanlar vəd edir. Hesablamalara görə, “3+3” formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir”.
“3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətə malikdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına istiqamət götürüblər, amma regional əlaqələr zəifdir. Regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər.
“3+3” formatı Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir. Türkiyə bu dəhlz vasitəsi ilə Azərbaycan, Rusiya və İranla əlaqələrini daha da genişləndirə bilər. 2021-ci ilin dekabr ayının 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib. İclas Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədirliyi ilə baş tutub. Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın gələcəkdə “3+3” formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər. Qloballaşmaya nisbətən regional siyasətin gücləndiyi bir vaxtda “3+3” formatı bütün iştirakçıların maraqlarına cavab verir. Qarabağ probleminin həllindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq “3+3” formatı üçün üçün geniş imkanlar imkanlar yaradıb”.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 180
- 5 502
- 10-02-2022, 10:36
- 28 441
- 244
- 7-04-2022, 11:57
- 21 611
- 207
- 26-04-2019, 16:16
- 16 169
- 45
- 18-09-2019, 10:29
- 13 680
- 119
- 12-12-2020, 12:00
- 13 421
- 92
- 11-04-2022, 16:00
- 11 879
- 12
- 15-05-2019, 20:27
- 11 102
- 54
- 24-05-2020, 23:28
- 10 011
- 3
- 26-04-2019, 15:39
- 9 505
- 99
- 27-04-2019, 10:08
- 9 072
- 2
- 23-10-2019, 21:00
- 8 088
- 1
- 29-11-2019, 09:00
- 7 935
- 3
- 13-05-2020, 22:05
- 7 793
- 0
- 28-04-2019, 20:56
- 7 559
- 2
- 23-04-2019, 21:57
- 7 331
- 2
- 11-03-2022, 12:24
- 310 180
- 5 502
- 10-02-2022, 10:36
- 28 441
- 244
- 7-04-2022, 11:57
- 21 611
- 207
- 7-11-2019, 09:36
- 6 129
- 127
- 18-09-2019, 10:29
- 13 680
- 119
- 26-04-2019, 15:39
- 9 505
- 99
- 12-12-2020, 12:00
- 13 421
- 92
- 22-12-2021, 14:22
- 4 786
- 58
- 10-02-2023, 10:54
- 4 328
- 57
- 15-05-2019, 20:27
- 11 102
- 54
- 26-04-2019, 16:16
- 16 169
- 45
- 14-01-2020, 09:33
- 6 836
- 20
- 11-04-2022, 16:00
- 11 879
- 12
- 27-03-2021, 14:25
- 5 006
- 7
- 29-11-2021, 09:36
- 4 599
- 5
- 29-09-2020, 11:15
- 5 022
- 5
- 24-09-2020, 11:41
- 5 057
- 5
- 16-05-2019, 14:19
- 6 951
- 5
- 15-05-2019, 09:47
- 5 290
- 5
SOSİAL ŞƏBƏKƏLƏR