Nuşirəvan Məhərrəmli özəl televiziyaların fəaliyyətini tənqid etdi
- 05.11.2019, 09:56,
- Cəmiyyət
Baxılıb: 86
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan danışıb.
Trend bildirir ki, N.Məhərrəmli teleradio əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib ki, Azərbaycanda teleradio sahəsində əldə olunan uğurlarla yanaşı, qüsurlar da mövcuddur: “Elə təəssürat yaranmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir”.
N.Məhərrəmli vurğulayıb ki, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə görə olur: “Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi nöqsanlara gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunmuş formada təqdim olunur. Bütün bunlar, təbii ki, bizi narahat edir”.