• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Qoşulmama Hərəkatı beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər”

“Qoşulmama Hərəkatı beynəlxalq arenada daha  fəal rol oynamaq üçün platforma da ola bilər”





Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən konfran¬sı ilə bağlı ilk növbədə, onu qeyd edək ki, bu təsisatın 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən XVIII Zirvə görüşündə dövlət və hökumət başçıları tərəfindən təşkilatın parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirmək və dərinləşdirmək qərara alınıb. Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulma¬ma Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. İndiki Bakı konfransında isə Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunub. Azərbaycan tərəfi bunu üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünya¬da sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransın¬dakı çıxışında da respublikamızın paytax¬tında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirərək həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını bildirmiş, parlament şəbəkəmizin ölkələrimiz arasında həmrəyliyə töhfə verməklə yanaşı, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracağına əminliyini bildirmişdir.
Dövlətimizin başçısı nitqində Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, həmçinin, bu qurumun üzv ölkələrin haqq səsinin dünya miqyasında eşidilməsini reallaşdıran əhəmiyyətli bir platforma kimi tanındığını da diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Qoşulmama Hərəkatının Parla¬ment Şəbəkəsinin yaradılmasının Azərbaycan tərəfindən irəli sürülən və dəstək qazanan yeganə ideya olmadığını, belə bir təşəbbüslə gənclər şəbəkəsinin də tezliklə fəaliyyətə başlayacağını qeyd edib: “Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional in¬kişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır”.
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi qəbul edilməsində Qoşulmama Hərəkatındakı sədrlik fəaliyyəti də önəmli rol oynayıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu nüfuzlu quru¬mun güclənməsinə mühüm töhfələr verib. Dövlətimizin başçısı qlobal çağırışların həlli istiqamətində təşəbbüsləri və səmərəli fəaliyyəti ilə Azərbaycanın sədrliyi dövründə Qoşulma¬ma Hərəkatının dünyada rolu və nüfuzu daha yüksəlib.
Prezident İlham Əliyev Azərbaycanın Qo¬şulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılmasına münasibət bildirərək qeyd edib ki, bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanın bu təşkilata sədrliyi dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Çünki Azərbaycan ötən müddətdə üzv ölkələrin maraqlarını, beynəlxalq hüqu¬qu və ədaləti müdafiə edib və hazırda da bu cür səmərəli fəaliyyətini həyata keçirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində təkbaşına, bütün təzyiqlərə və təhdidlərə bax¬mayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etməsi bunun bariz ifadəsidir.
Qoşulmama Hərəkatının Azərbaycana olan həmrəylik münasibəti Ermənistan tərəfindən, təqribən, 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı daha qabarıq nəzərə çarpdı. Belə ki, həmin dövrdə Azərbaycan öz torpağında savaşırdı, ədaləti, beynəlxalq hüququ bərpa edirdi. Lakin əfsuslar olsun ki, o zaman bəzi ölkələr tərəfindən respublikamıza qarşı qarayaxma, böhtan və şantaj kampa¬niyası aparılırdı. Əslində, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr Azərbaycanın bu haqq işini BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd göstərirdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulma¬ma Hərəkatında təmsil olunan dost dövlətlər tərəfindən anti-Azərbaycan mahiyyətli bəyanat bloklandı və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumunun qarşısı alındı. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiq¬liyini nümayiş etdirdi. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi dəyərləndirdi.
Dövlətimizin başçısı konfransda ATƏT-in Minsk qrupu ilə bağlı fikirlərini də bildirdi. Qeyd etdi ki, Azərbaycan uzun illər, təqribən, 30 il ərzində münaqişənin ədalətli həllini gözləyirdi, beynəlxalq ictimaiyyətin ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcəyinə inanırdı. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qru¬punu təsis etdi və qarşısına münaqişəni həll etmək kimi taleyüklü bir vəzifə qoydu. Amma Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.
Dövlətimizin başçısı Qo¬şulmama Hərəkatının dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi böyük nüfuzunun olduğu nəzərə alınaraq, təşkilatın sülh və təhlükəsizlik naminə səylərinin səfərbər edilərək mövcud potensialı və həmrəyliyi gücləndirməyin, vahid mövqedən qərarlar verməyin zəruriliyini diqqətə çatdıraraq bildirib ki, Qoşulmama Hərəkatı ədalətsizliklə üzləşən və öz milli maraqlarını müdafiə etməyə çalı¬şan bəzi üzv dövlətlərin oxşar problemlərinin həllində platforma rolunu oynaya bilər.




Aygül Hümmətova,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 41
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 41
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 48
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 081
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 777
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter