• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Qalmaqallı obyekt cərimələrə rəvac verir? - Sürücülərin nəzərinə

Qalmaqallı obyekt cərimələrə rəvac verir? - Sürücülərin nəzərinə


Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanında dayanma-durma tələbi ilə bağlı sürücülərdə çaşqınlıq yaranıb.

Vətəndaşlar tərəfindən daxil olan şikayətdə deyilir ki, dayanma-durmanı qadağan edən nişanın quraşdırıldığı yer onun rahat görünməsinə mane olur. Bunun səbəblərindən biri kimi nişandan öncə yerləşən obyekt göstərilir.

Bir neçə il öncə isə sözügedən obyektin tikintisi bir sıra mübahisələrə yol açmışdı. Belə ki, əksər media qurumlarının işıqlandırdığı məsələdə həmin obyektin burada yerləşən dayanacaq məntəqəsini zəbt etdiyi görünür. İndi isə həmin obyektin önə çıxdığı və yol nişanının aydın görünməsinə mane olduğu deyilir.
Eləcə də, həmin nişanın sağa doğru əyilməsinin də onun görünməsinə mane olan daha bir amil olduğu bildirilir. Bütün bunlar sürücülərin həmin nişanı görməyərək burada avtomobilini park etməsinə və cərimə olunmasına yol açır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, qurum əməkdaşları həmin əraziyə baxış keçirəcək və yol nişanın əyilən hissəsi düzəldiləcək:

“Lakin burada nişan normal vəziyyətdə görünür və onun qarşısını kəsən ağac da yoxdur. Nişan burada mümkün olan yerdə - səkidə yerləşdirilib”.

Obyektin nişanın görünməsinə mane olması məsələsinə gəlincə isə, qurum rəsmisi bildirib ki, bu, başqa problemdir: “Mən burada obyektin olmasına haqq qazandırmıram. Məsələnin bu hissəsi isə bizə aid deyil”.

Daha bir məqam ondan ibarətdir ki, yol hərəkət nişanından əvvəl obyektin olması və zibil qablarının yolun kənarında yerləşdirilməsinə baxmayaraq ərazidə avtomobillər park edir. Bu vəziyyətlə bağlı isə heç bir addım atılmır. Mövcud vəziyyət həm piyadaların, həm də nəqliyyatın hərəkətini çətinləşdirir. Lakin yolun enli hissəsində isə dayanma-durma qadağan olunub. Onu da qeyd edək ki, sözügedən hissədə dayanan avtomobillərin sürücüləri əsasən xəstəxanaya gəldiyindən nəqliyyat vasitələrini burada park edir. Xəstəxanaya isə zəruri səbəbdən üz tutan vətəndaşlar maşınlarını saxlamaq üçün ən uyğun ərazinin məhz qadağan olunan hissə olduğunu deyir.



Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Dünən, 14:22
  • 7
  • 0

Bakıda yeni körpü tikilir

  • Dünən, 11:37
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter