• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qalib və güclü Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında yeni-yeni hədəflərə doğru inamla addımlayır

Qalib və güclü Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında  yeni-yeni hədəflərə doğru inamla addımlayır



Ulu öndər Heydər Əliyevin 31 il öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdu. Fenomen şəxsiyyət Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdı.
Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmişdi. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdı. O da sirr deyil ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail olmuşdu.
O illərdə həm Muxtar Respublikanın, həm də Azərbaycanın bu günü və gələcəyi üçün tarixi qərarlar qəbul edildi. Belə ki, 1990-cı il noyabrın 17-si tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərarların qəbul edilməsi də Ulu Öndərin qətiyyətinin, dövlət maraqlarını hər şeydən üstün tutmasının, xalqına, Vətəninə sevgisinin nümayişi oldu.
Həmin illərdə Azərbaycanda hakimiyyətdə olanların səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından ölkəmiz ən çətin anlarını yaşayırdı. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Torpaqlarımızın işğalı, daxildə parçalanma, vətəndaş qarşıdurması xalqın sabaha ümidlərini tamamilə itirmişdi. Xalq belə bir çətin vəziyyətdən çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Hər zaman xalqının yanında olan, Azərbaycanın gələcəyini düşünən ulu öndər Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü inkişafının təməlini qoydu. Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü işlərin xronologiyasına diqqət yetirdikdə xalqına, dövlətinə nə qədər bağlı olduğunu görürük. Əbəs yerə deyilmir ki, dövlətinin, xalqının gələcəyini düşünən Liderlər daim ölkəsini irəli aparır. Azərbaycanın gələcəyə doğru inamla addımlaması məhz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 19 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Qalib və güclü Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında yeni-yeni hədəflərə doğru inamla addımlayır, zirvələri fəth edir. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi tarixə adlarını qızıl hərflərlə yazdılar.


Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter