• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qubadlının işğaldan azad olunması ermənilərin cinayətkar əməllərinin qarşısının alınması baxımından müstəsna önəm daşıyır

Qubadlının işğaldan azad olunması ermənilərin cinayətkar əməllərinin qarşısının alınması baxımından müstəsna önəm daşıyır





Tarixi faktlar göstərir ki, erməni vandalizmi sərhəd tanımır. Mənfur qonşularımızın xalqımıza qarşı törətdikləri vandalizm aktları terror hadisələrini, soyqırımını və müxtəlif cinayətkarlıq əməllərini özündə ehtiva edir. Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək də Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olub.
Ermənilərin təcavüzkar siyasətinin qurbanı olmuş rayonlarından biri də Qubadlı rayonudur. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan (120 km), şimal-şərqdə Xocavənd rayonu (42 km), şərqdə Cəbrayıl, cənubda və cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir.
Bildiyimiz kimi, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin hücumu nəticəsində işğal edilmişdir. Onda Qubadlı şəhəri və rayonun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüşdür. İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu, eləcə də, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi fəaliyyət göstərirdi.
Qubadlı tarixi-dini abidələri ilə də zəngindir və qədim diyar sayılır. Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri” adlı yaşayış yeri, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
Bunların sırasında Əliquluuşağı kəndi ərsizində “Mağara” məbədi (IV əsr), “Qalalı” qalası, qədim “Göy qala” (V əsr), Gayr dərəsində “Mağara” məbədi (IV əsr), Zor və Balahəsənli kəndindəki sığınacaqlar (IV əsr), Muradxanlı kəndində yeraltı keçidlə “Qalalı” qalası (V əsr), Laləzar körpüsü (1867-ci il), Mahmudlu kəndi ərazisində “Qara qaya” sığınacağı, Xocamusaxlı kəndində “Qalaçid” qalası (XIV əsr), Dondarlı kəndində Hacıbədəl körpüsü (XVIIIəsr), eləcə də Əyin, Dondarlı, Dəmirçilər, Yusifbəyli, Seytas, Qarağaclı, Mahrızlı, Xocamsaxlı kəndlərindəki qədim Daş sandıq, Daş qoyun fiquru, Cavanşir türbəsi, eləcə də bir sıra qədim məscidlər, türbələr, sığınacaqlar, körpülər, bulaqlar və digər tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vandalizminə məruz qalmış, dağıdılmış və məhv edilmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ilin 25 oktyabrında Qubadlı rayonu işğaldan azad edildi. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ermənilərin müvafiq istiqamətdə cinayətkar əməllərinin qarşısının alınması baxımından müstəsna önəm daşıyır. Belə ki, Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.



Ayna Əliyeva,
Salyan rayon Arbatan kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 30
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 070
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 766
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter