Xocalı soyqırımı qan yaddaşımızdır
- 24.02.2023, 01:32,
- Cəmiyyət
Baxılıb: 76
Facebook
Вконтакте
Одноклассники
Google+
XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Azərbaycan xalqı 200 ildən artıq müddət ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar edirlər.
Xocalı faciəsi təsadüfi hadisə deyil. Bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Yeganə Rzayeva,
Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına
7 nömrəli tam orta məktəbin müəllimi
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 093
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 569
- 207
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 12-12-2020, 12:00
- 13 375
- 92
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 24-05-2020, 23:28
- 9 979
- 3
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 27-04-2019, 10:08
- 9 040
- 2
- 23-10-2019, 21:00
- 8 055
- 1
- 29-11-2019, 09:00
- 7 903
- 3
- 13-05-2020, 22:05
- 7 761
- 0
- 28-04-2019, 20:56
- 7 527
- 2
- 23-04-2019, 21:57
- 7 295
- 2
- 11-03-2022, 12:24
- 310 093
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 569
- 207
- 7-11-2019, 09:36
- 6 078
- 124
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 12-12-2020, 12:00
- 13 375
- 92
- 22-12-2021, 14:22
- 4 745
- 57
- 10-02-2023, 10:54
- 4 276
- 54
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 14-01-2020, 09:33
- 6 804
- 20
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 27-03-2021, 14:25
- 4 974
- 7
- 29-11-2021, 09:36
- 4 567
- 5
- 29-09-2020, 11:15
- 4 989
- 5
- 24-09-2020, 11:41
- 5 024
- 5
- 16-05-2019, 14:19
- 6 919
- 5
- 15-05-2019, 09:47
- 5 258
- 5
SOSİAL ŞƏBƏKƏLƏR