• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Mehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb

Mehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb


Xocalı faciəsinin 30-cu ildönümü qeyd edildi

Mehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb


26 fevral 2022-ci il tarixdə Xocalı soyqırımı faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə Şəhidlər Xiyabınında ucaldılmış “Soyqırım” abidəsi önünə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, Xocalıdan olan rayonda məskunlaşmış məcburi köçkünlər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətmələrindən, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsindən, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərindən danışıblar.
Bildirilib ki, məhs ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş və faciənin dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində iş aparılmışdır. Ulu Öndərin bu arzusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Şanlı ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi, Xocalı faciəsi qurbanlarının da qisasları yerindəcə alındı, vətənimiz yenidən bütövləşdi.
Tədbir iştirakçıları “Soyqırım” abidəsi önünə gül-çiçək dəstələri düzərək soyqırım qurbanlarının əziz xatirələrinə hörmətlə ehtiramlarını bildiriblər.

Mehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıbMehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb
Mehdi Səlimzadə: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb


“Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ötən 30 il ərzində Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla anıb. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. İndiyə qədər 10-dan çox ölkə, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb, müxtəlif bəyanatlar, qətnamələr qəbul ediblər”. Bunu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə deyib.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.

“Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi”, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə “dəmir yumruq” qalib gəldi və yeni reallıq yaratdı. 44 günlük müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 17
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 056
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 746
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter