• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vüsal Qələndərov: 1969-cu il 14 iyul tarixində bugünkü qüdrətli, yenilməz Azərbaycanın bünövrəsi qoyuldu

Vüsal Qələndərov: 1969-cu il 14 iyul tarixində bugünkü qüdrətli, yenilməz Azərbaycanın bünövrəsi qoyuldu


Binəqədi DYP Şöbəsinə rəisi, polis mayoru Vüsal Qələndərov - Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu il tarixindən 54 il keçir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi bu tarix ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Tarixi hadisələr göstərdi ki, Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, milli-mənəvi dəyərlərə bağlılığın, milli şüurun formalaşmasının qərinədən artıq bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan Ulu Öndər Heydər Əliyev imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, respublikamıza intibah dövrünü yaşatdı. Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı bir dövrdə respublikamızda rəhbərliyə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını aldı. İdarəetmə strukturlarında milli kadrların yerləşdirilməsinə diqqət artırıldı. Buna görə də 1969-cu ildən sonrakı illər tariximizə Heydər Əliyev dövrü, xalqımızın milli özünüdərkinin, özünəqayıdışının başlanğıcı kimi xarakterizə olunur.

O illərdə ölkədə neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi, yeni texnologiyalar əsasında təkmilləşdirilən, keçmiş İttifaq əhəmiyyətli kondisioner zavodu kimi onlarla iri sənaye müəssisələri şəbəkəsi yaradıldı. Cəmşid Naxçıvanski adına məktəbi yaratmaqla milli hərbi, elmi kadrların yetişdirilməsinə inkişafın təməl prinsipləri kimi diqqət yetirən Ulu Öndər gənc mütəxəssislərin ixtisaslara yiyələnməsini təmin etmək üçün önəmli addımlar atdı. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gəncləri müxtəlif ixtisaslara yiyələnmələri üçün keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil islahatlarının əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı təmin olunduğu kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının ən gözəl nümunələri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük intibah olan bir sıra memarlıq ansamblı, inzibati mərkəzlər, mədəniyyət sarayları, institut, nəşriyyat, tədris korpusu, idman kompleksləri, görkəmi ilə paytaxtın və bölgələrin simasını dəyişən, milli arxitekturamızın cizgilərini əks etdirən binalar istifadəyə verilmişdir. Tarixi şəxsiyyətlərimizə hörmət əlaməti olaraq onların sonralar mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Ulu Öndər Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını düşünərək, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ çərçivəsində də olsa, Azərbaycanın xarici ölkələrlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi səylər idi. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bununla da Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaranırdı.

Hakimiyyətə gəldiyi ilk günlərdən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi diqqət mərkəzində idi. Məhz bu səbəbdən Ulu Öndərin ciddi səyi ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr və şərait baxımından sözün əsl mənasında qətiyyət və siyasi iradə tələb edən belə bir addım Ulu Öndər tərəfindən məhz müstəqillik naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, klassiklərin keçmiş İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.

Ümummilli Liderin xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi. Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Neft sənayesinin prioritetliyi Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Əsrin müqaviləsi”nin imzalanması istiqamətində göstərdiyi səylərdə özünün aydın ifadəsini tapdı. Məlum olduğu kimi, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr ucbatından dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heç də təsadüfi deyil ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi dəyərləndirilir.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Dahi şəxsiyyət Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, Onun sona çatdıra bilmədiyi işləri, planları məhz İlham Əliyevin axıra çatdıracağını bildirdi. Son 20 ilə yaxın dövrün uğurlarının zirvəsində dayanan Vətən müharibəsində tarixi Zəfərimizə imza atmaqla ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Dahi şəxsiyyətin görmək istədiyi bugünkü Azərbaycanı yaratdı. Bu gün Ümummilli Liderin ruhu şaddır. İki ildən artıqdır ki, Ulu Öndərin böyük inamını ifadə etdiyi torpaqlarımızın tarixi sahibinə qovuşması ilə bağlı arzusu reallığa çevrilib. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır,özünün dirçəliş mərhələsini yaşayır. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Əbəs yerə deyilmir ki, zaman hadisələrə ən böyük dəyər vermək üçün zəngin mənbədir. İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin miqyası daha aydın görünür, düzgün dəyərləndirilir, fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusu kimi araşdırılır, neçə-neçə elmi əsərlərin, kitabların ərsəyə gəlməsini şərtləndirir. Azərbaycanın müasir siması belə bir həqiqəti əks etdirir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı bütün arzuları gerçəkləşib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 18
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 057
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 747
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter