Kamran Mirzəyev: Uğurlu diplomatiya
- 27.07.2023, 12:15,
- Cəmiyyət
Baxılıb: 69
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad bələdiyyəsinin sədri Kamran Mirzəyev - 21 iyul 2023-cü il tarixində Azərbaycanın mədəniyyət paytaxtında “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun qatıldığı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox məsələlərə aydınlıq gətirərək baş verən proseslərə öz münasibətini bildirdi və mühüm mesajlar verdi.
Prezidentin toxunduğu əsas məsələlərdən biri əlaqələri strateji müttəfiqlik səviyyəsində olan Azərbaycan-Türkiyə münasibətləri olmuşdur. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Türkiyə Prezidenti Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı ölkəmiz üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan Azərbaycanla çiyin-çiyinə dayanmışdı. 44 gün ərzində xalqımız həmin o mənəvi dəstəyi qardaş Türkiyədən hiss etdi.
İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalayaraq münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Bu, xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Ölkə başçısı qeyd etdi ki, Bəyannamə qarşımızda yeni üfüqlər açır və əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə regionumuzda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinə də münasibət bildirdi. Ölkə başçısı qeyd etdi ki, ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da, üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı. Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. İki ölkə arasında sabit əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyev onu da vurğuladı ki, dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır.
Prezident çıxışında regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Qeyd olunub ki, hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir.
Eyni zamanda, dövlətimizin başçısı müdafiə və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür. Ordunun gücləndirilməsinə həssas yanaşma sərgilənməsini şərtləndirən digər bir mühüm amil müharibədən sonrakı dövrdə Ermənistanda və Rusiya sülhməramlı kontingentin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində revanşistlərin fəallaşması ilə bağlıdır. Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə də respublikamız hər hansı bir ssenariyə hazır olmalıdır. İndiki mərhələdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.
Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin plana əsasən həyata keçirdildiyini Forum iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev bildirdi ki, artıq 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Paralel olaraq Böyük Qayıdış proqramının icrasına başlanılmışdır. Bu mövzuda danışarkən ölkə başçısı vurğuladı ki, təxminən növbəti üç il ərzində 150 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura qayıdacaqlar.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 24-05-2020, 23:28
- 9 980
- 3
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 27-04-2019, 10:08
- 9 041
- 2
- 23-10-2019, 21:00
- 8 056
- 1
- 29-11-2019, 09:00
- 7 904
- 3
- 13-05-2020, 22:05
- 7 762
- 0
- 28-04-2019, 20:56
- 7 528
- 2
- 23-04-2019, 21:57
- 7 296
- 2
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 7-11-2019, 09:36
- 6 079
- 124
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 22-12-2021, 14:22
- 4 746
- 57
- 10-02-2023, 10:54
- 4 277
- 54
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 14-01-2020, 09:33
- 6 805
- 20
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 27-03-2021, 14:25
- 4 975
- 7
- 29-11-2021, 09:36
- 4 568
- 5
- 29-09-2020, 11:15
- 4 990
- 5
- 24-09-2020, 11:41
- 5 025
- 5
- 16-05-2019, 14:19
- 6 920
- 5
- 15-05-2019, 09:47
- 5 259
- 5
SOSİAL ŞƏBƏKƏLƏR