• 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 10:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 22:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 22:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

"Əsl peşəkar kimi ədalətli qərar vermək onun həyat tərzidir" - Qurban Qurbanov

  • 10.10.2022, 10:26,
  • İdman
  • Baxılıb: 93
"Əsl peşəkar kimi ədalətli qərar vermək onun həyat tərzidir" - Qurban Qurbanov


"Qurban Qurbanov Azərbaycan futbolunu çiyinlərində daşıyan tək məşqçidir"

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi, Qurban Qurbanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Qurban Qurbanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Qurban Qurbanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Qurban Qurbanov "Qarabağ"la böyük işlər görməyə davam edir. Belə deyək də Azərbaycan futbolunu çiyinlərində daşıyan tək mütəxəssisdir. Buna görə ona xüsusi təşəkkür düşür”.

"Qarabağ" Azərbaycan futboluna inamı qaytarıb. "Bu, çox önəmlidir. Hər rəqibə qarşı başabaş mübarizə aparmaq mümkündür. İdmanda hər bir nəticə ola bilər. "Qarabağ" sübut etdi ki, biz heç kimdən çəkinməli deyilik".

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qurban Qurbanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Əsl peşəkar kimi ədalətli qərar vermək onun həyat tərzidir" - Qurban Qurbanov


“Bu gün böyük qürur və fəxrlə deyirik ki, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanovdur. Çətin günlərdə də olub, bərabər böyük uğurlar əldə etmişik, tarixi nəticələr qazanmışıq. Biz o çətin günlərdə də Qurban Qurbanova güvənmişik, indi də güvənirik və bundan sonra da güvənəcəyik. İnanırıq ki, Qurban hoca növbəti illərdə də məhz “Qarabağ”ın baş məşqçisi kimi keçirəcək.


"Əsl peşəkar kimi ədalətli qərar vermək onun həyat tərzidir" - Qurban Qurbanov
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Hərbçimiz vəfat etdi

  • Dünən, 09:57
  • 10
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 187
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 553
  • 21
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter