Kərim Tahirov: Azərbaycan daim regionda rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış edir
- 31.07.2023, 15:22,
- Cəmiyyət
Baxılıb: 77
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pierre Antoine Ferracin və Mədəniyyət şöbəsinin əməkdaşı Turanə İsayeva Azərbaycan Milli Kitabxanasında olublar
Fransa Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pierre Antoine Ferracin və Mədəniyyət şöbəsinin əməkdaşı Turanə İsayeva Azərbaycan Milli Kitabxanasında olublar.
Görüş zamanı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlamış, onlara Azərbaycan Milli Kitabxanası haqqında məlumat vermişdir. Milli Kitabxananın direktoru Azərbaycan ədəbiyyatına aid əlyazmaların Fransa Milli Kitabxanasının fondunda qorunub saxlanılmasından böyük məmnunluq hissi duyduğunu qeyd etmişdir. O, Azərbaycan Milli Kitabxanası ilə Fransa Milli Kitabxanası arasında gələcəkdə beynəlxalq kitab mübadiləsi işini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamaq fikrini qonaqların diqqətinə çatdırmışdır. Kərim Tahirov Azərbaycan Milli Kitabxanası ilə Fransa Milli Kitabxanası arasında beynəlxalq əlaqələrin inkişafı məqsədilə kitabxanalarda daimi guşələrin yaradılması fikrini irəli sürmüş, attaşe bununla Azərbaycanın Fransada daha geniş tanınması fikrini təsdiqləmiş və bunun səfirlik vasitəsilə həyata keçirilməsinə çalışacaqlarını qeyd etmişdir. 2023-cü ildə Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunacağı da qonaqların nəzərinə çatdırılmışdır.
Söhbət zamanı attaşe Azərbaycan Milli Kitabxanasında olmasından məmnun olduğunu, Azərbaycan Milli Kitabxanasının fondunda Fransaya aid kitabların mövcud olduğunu sevinc hissi ilə qeyd etmişdir.
Sonra qonaqlar Milli Kitabxana ilə tanış olmuşlar. Onlar “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Tələbə gənclərə xidmət zalı”, “Dövri mətbuat zalı”, “Xarici ədəbiyyat oxu zalı”, “Uşaq bölməsi”, “Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbələri, Açıq kitabxana, onlayn və elektron informasiya xidmətləri ilə tanış olmuşlar.
Görüşün sonunda professor Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Salam Azərbaycan”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını, “Azərbaycanın xəritəsini” təqdim etmişdir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - İyulun 21-də Azərbaycanın Mədəniyyət paytaxtı, Qələbə rəmzi Şuşa dünyanın 34 ölkəsinin dövlət informasiya agentliklərinin, 12 beynəlxalq təşkilat və media qrumunun, 60 yerli media nümayəndələrinin iştirak etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda bir daha Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
“Heydər Əliyev ili” və Milli Mətbuatımızın 148-ci ildönümü münasibəti ilə həyata keçirilən Forumun əsas məqsədi Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, qlobal media meyllərinin təhlil etmək, beynəlxalq əməkdaşlığı daha da genişləndirmək idi.
Ölkə Prezidenti cənab İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində xarici və yerli jurnalistlərin suallarını ətraflı cavablandıraraq, Azərbaycan həqiqətlərini, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdıraraq yenidən beynəlxalq aləmin diqqət mərkəzində oldu. Dünyanın aparıcı media təşkilatları rəhbərlərinin, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərinin, tanınmış jurnalistlərin bir araya gəldiyi Forumda ölkə Prezidenti cənab İlham Əliyev Forumda bir daha Azərbaycanın beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınmasını qətiyyətlə vurğuladı: “Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır”. Dövlət başçısımız bildirib ki, Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki, belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir.
Eyni zamanda ölkə Prezidentimiz İlham Əliyev diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına yönəldib: Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq. O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır.
Forumun iştirakçıları, xarici media nümayəndələri azad olunmuş ərazilərə səfəri zamanı erməni vandalizminin şahidi olub, işğal dövründə viran qoyulan yaşayış məntəqələrimizi, eyni zamanda, Qarabağda aparılan sürətli bərpa-quruculuq işlərini, xarabalığa çevrilmiş ərazilərimizdə yaradılan infrastrukturu öz gözləri ilə görüb,müşahidə etdilər.
Media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirə olunduğu Forum çərçivəsində dünyaya bir daha bəyan edildi ki, Azərbaycan hazırda qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Beynəlxalq nüfuzu durmadan artan ölkəmiz regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış edir, həqiqətlərin olduğu kimi dəyərləndirilməsinə geniş imkanlar yaradır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 24-05-2020, 23:28
- 9 980
- 3
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 27-04-2019, 10:08
- 9 041
- 2
- 23-10-2019, 21:00
- 8 056
- 1
- 29-11-2019, 09:00
- 7 904
- 3
- 13-05-2020, 22:05
- 7 762
- 0
- 28-04-2019, 20:56
- 7 528
- 2
- 23-04-2019, 21:57
- 7 296
- 2
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 7-11-2019, 09:36
- 6 079
- 124
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 22-12-2021, 14:22
- 4 746
- 57
- 10-02-2023, 10:54
- 4 277
- 54
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 14-01-2020, 09:33
- 6 805
- 20
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 27-03-2021, 14:25
- 4 975
- 7
- 29-11-2021, 09:36
- 4 568
- 5
- 29-09-2020, 11:15
- 4 990
- 5
- 24-09-2020, 11:41
- 5 025
- 5
- 16-05-2019, 14:19
- 6 920
- 5
- 15-05-2019, 09:47
- 5 259
- 5
SOSİAL ŞƏBƏKƏLƏR