• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kərim Tahirov: Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır

Kərim Tahirov: Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır


Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub

Kərim Tahirov: Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır


Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub. Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları qəbul edərək onları Azərbaycan Milli Kitabxanasında görməkdən şad olduğunu bildirib.

Söhbət zamanı cənab Serzhan Abdıkarimov da Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, çox sevindirici haldır ki, pandemiya təhlükəsi artıq aradan qalxır. O, Qazaxıstanda yaranan sosial-siyasi situasiyalardan danışaraq bildirib ki, çox şükür hal-hazırda hər şey öz vəziyyətinə qayıdıb. Səfir eyni zamanda Şuşaya səfər etdiyini və oradakı vəziyyətlə tanış olduğunu qeyd edib. Vurğulayıb ki, Şuşa səfərindən sonra o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına qoşulmağı qərara alıb. Və bu məqsədlə, qazax ədəbiyyatına dair 522-dən artıq kitabı Qarabağ fonduna hədiyyə edib. Qeyd edib ki, inanıram ki, tezliklə təqdim olunan kitablar Qarabağ kitabxanalarında öz layiqli yerini tutacaqdır.

Sonra professor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında ümumi məlumat verərək kitabxanada ötən il ərzində keçirilən layihələrdən bəhs edib. O, bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələr genişlənir. Bizim üçün çox sevindirici haldır ki, Qazaxıstanın Azərbaycan Respublikasındakı səfirliyi “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına qoşulub. O, erməni işğalından azad olunan rayonların ərazisində fəaliyyət göstərən 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondlarının isə tamamilə yandırıldığını vurğulayıb. Və işğaldan azad olunan rayonların mərkəzi kitabxanalarının və Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatına – İFLA-ya müraciət edildiyini bildirib. Qazanılan tarixi Qələbədən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana kitabtoplama kampaniyasına başladı. Direktor layihəyə xeyli sayda ziyalılarımızın, yazıçı və şairlərimizin, nəşriyyatlarımızın və bütün ölkə vətəndaşlarının qoşulduğunu cənab Səfirin diqqətinə çatdırıb. Görüş zamanı Milli Kitabxana ilə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə layihəsi olan qazax yazarlarının azərbaycan dilində əsərlərinin elektron bazasının yaradılması məsələsi də müzakirə olunub.

Kərim Tahirov: Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır. Onun 2003-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini təşkil edir. Hər şeydən öncə bu mərhələ müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi dayanıqlılığımızın artırılması, sosial dövlət öhdəçiliklərinin realizə edilməsi, ölkəmizdə hərbi sənayenin yaradılması və ordu quruculuğunun yenidən təşkili, yeni regional və qlobal layihələrin həyata keçirilməsi, xarici siyasət kursunda hücum diplomatiyası strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artırılması mərhələsidir. Buna paralel olaraq eyni zamanda çoxsaylı sosial layihələrin həyata keçirilməsi, vətəndaşlarının rifahının yaxşılaşdırılması, iqtisadi inkişafın təmin edilməsi, inkluziv cəmiyyətin qurulması və bütün sahələrdə tərəqqinin əldə edilməsi dövrüdür. 2003-cü ildən 2018-ci ilədək xarakterik olan bu inkişaf ənənələri 2018-ci ildə İlham Əliyevin yenidən Prezident seçilməsi ilə növbəti, daha intensiv inkişaf mərhələsinə qədəm qoymuş oldu. Bu mərhələ dərin islahatlar, regional layihələrin uğurla reallaşdırılaraq başa çatması, 2011-ci ildən başlayaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qeyri Daimi üzvü kimi bu beynəlxalq təşkilata iki il rəhbərlik etməsi təcrübəsinin 2019-2022 –ci illərdə Qoşulmama Hərakatına rəhbərlik edəcək mərhələsinə qədər beynəlxalq nüfuzunun artması hadisəsidir. Ancaq 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi naliyyət və uğur heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir. Bu hadisə təkcə İlham Əliyevin hakimiyyəti dövrünün parlaq zəfəri deyil bütövlükdə Azərbaycanın hərbi siyasi tarixinin son 200 ildə əldə etdiyi ən böyük qələbə, ən parlaq zəfərdir. Tarixi qələbəmiz özlüyündə nə qədər çətin əldə edilən bir naliyyət idisə bu qələbəmiz nəticəsində reguonumuzda yaranan yeni güc balansının və strateji konfiqurasiyanın dünyaya qəbul etdirliməsi işi də bir o qədər çətin bir proses idi. Elə cəmisi bir neçə gün əvvəl Avropa İttifaqının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra əminliklə qeyd edə bilərik ki, yeni reallıq artıq təkcə region ölkələri tərəfindən deyil bütövlükdə Avropa tərəfindən də qəbul edildi. Artıq regionun gələcəyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında müəyyənləşəcək. Başqa sözlə Prezident İlham Əliyevin siyasi strategiyası Cənubi Qafqaz kimi mürəkkəb bir tarixi –siyasi coğrafiyada mümkün sülhü diqtə edəcək. Hazırda xalqımız tarixi zəfərimizin yaratdığı yeni reallıqlar sayəsində uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu isə növbəti tarixi inkişafımız, rifah və naliyyətlərimizin başlanğıcıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 18
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 057
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 747
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter