Şər və Böhtan yazanlara Tutarlı cavab - Mürsəl Eminov
- 21.08.2023, 10:47,
- Cəmiyyət
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xeberdar.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır. Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.
Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov - “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.” Dövlət başçısı İlham Əliyev işğal dövründə belə bir çağırışı ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının iclaslarında, illik ümumi müzakirələrdə səsləndirdi. Dünyadan 27 il ədalət gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə həm BMT qətnamələrini təkbaşına icra edərək tarixi ədaləti bərpa etdi, həm də yaratdığı yeni reallıqlarla regionda və dünya siyasətində yenilikləri şərtləndirdi. Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Hadisələrin gedişinə diqqət yetirdikdə işğalçı Ermənistanın isə tamamilə fərqli bir yanaşma nümayiş etdirdiyini görürük. Sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün cəhdlər göstərən işğalçı Ermənistan hər dəfə məğlubiyyətə uğrasa da yeni ssenarilər hazırlamaqda davam edir. Bu baxımdan bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti və bu əsasda keçirilən müzakirələr də Ermənistanın həmin ssenarilərinin tərkib hissəsidir. Ermənistan diplomatiyası tam iflası ilə diqətdədir. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının erməni yalanlarının ifadəsi olan müraciətə uyğun olaraq dərhal müzakirələr keçirməsi dünyada hələ də nəinki mövcud olan, daha da dərinləşən etimadsızlıq mühitinə diqqəti yönəltdi. Qurumun qəbul edəcəyi qərarın səbirsizliklə gözlənilməsi sözsüz ki, ədalət və beynəlxalq hüquq prinsiplərinə hazırkı dövrdə necə yanaşıldığını müəyyənləşdirmək məqsədi daşıdı. Aparılan müzakirələr bir daha təsdiqlədi ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da artıb, mövqeyi möhkəmlənib. Ermənistanın belə əsassız müraciətlərinə müzakirələrin keçirilməsi ilə dərhal münasibətin bildirilməsi dünyanın ikili standartlara əsaslanan siyasətindən hələ də yaxa qurtara bilmədiyini də nümayiş etdirdi.”
Ötən il dekabrın 20-də də Ermənistan oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdir. Təhlükəsizlik Şurası ermənilərin təklifini müzakirə etsə də irəli sürdüyü iddiaların əsassız olduğu öz təsdiqini tapmışdır: “Görünür, işğalçı dövlət bundan nəticə çıxarmadı, ən əsası dərs almadı. Yenidən BMT Təhlükəsizlik Şurasına müraciət etməklə “humanitar vəziyyət”, “blokada” şousundan öz çirkin məqsədləri üçün bəhrələnmək cəhdini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən müzakirələrlə bağlı bəyanatında qeyd edildiyi kimi, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. O da bildirildi ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.”
Belə bir müzakirənin aparılacağı gözlənilən idi: “Bu baxımdan ki, BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanat qəbul etmişdir. Son dövrdə baş verən hadisələrə diqqət yetirsək görərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün nə dərəcədə cəhdlər edir, ssenarilər hazırlayır. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin nəticəsi Ermənistana növbəti dərs oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olundu, Ağdam yolunun açılmasının vacibliyi bildirildi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bir daha qeyd etdi ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadı. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.”
Mürsəl Eminov belə bir ümumiləşdirməni aparıb ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanın diplomatik uğurlarının davamlılığında real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı əhəmiyyətli rol oynayır. Ermənistan illərdir yalanları ilə həqiqət üzərində qələbə çalacağına ümid etsə də daim fakt qarşısında acizdir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 006
- 5 498
- 10-02-2022, 10:36
- 28 372
- 244
- 7-04-2022, 11:57
- 21 521
- 207
- 26-04-2019, 16:16
- 16 096
- 45
- 18-09-2019, 10:29
- 13 616
- 119
- 12-12-2020, 12:00
- 13 335
- 92
- 11-04-2022, 16:00
- 11 815
- 12
- 15-05-2019, 20:27
- 11 032
- 54
- 24-05-2020, 23:28
- 9 946
- 3
- 26-04-2019, 15:39
- 9 430
- 99
- 27-04-2019, 10:08
- 9 007
- 2
- 23-10-2019, 21:00
- 8 023
- 1
- 29-11-2019, 09:00
- 7 870
- 3
- 13-05-2020, 22:05
- 7 729
- 0
- 28-04-2019, 20:56
- 7 495
- 2
- 23-04-2019, 21:57
- 7 263
- 2
- 11-03-2022, 12:24
- 310 006
- 5 498
- 10-02-2022, 10:36
- 28 372
- 244
- 7-04-2022, 11:57
- 21 521
- 207
- 7-11-2019, 09:36
- 6 027
- 122
- 18-09-2019, 10:29
- 13 616
- 119
- 26-04-2019, 15:39
- 9 430
- 99
- 12-12-2020, 12:00
- 13 335
- 92
- 22-12-2021, 14:22
- 4 712
- 57
- 10-02-2023, 10:54
- 4 230
- 54
- 15-05-2019, 20:27
- 11 032
- 54
- 26-04-2019, 16:16
- 16 096
- 45
- 14-01-2020, 09:33
- 6 772
- 20
- 11-04-2022, 16:00
- 11 815
- 12
- 27-03-2021, 14:25
- 4 942
- 7
- 29-11-2021, 09:36
- 4 535
- 5
- 29-09-2020, 11:15
- 4 957
- 5
- 24-09-2020, 11:41
- 4 992
- 5
- 16-05-2019, 14:19
- 6 887
- 5
- 15-05-2019, 09:47
- 5 226
- 5
SOSİAL ŞƏBƏKƏLƏR