• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Eldar Quliyev: Hər zaman qalib və güclü

Eldar Quliyev: Hər zaman qalib və güclü


Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının Azərbaycanın gələcəyi olan uşaqlarımızı, gənclərimizi qorumağa borclu olduğunu vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizi ölkəmizin, xalqımızın milli sərvəti adlandırırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin intelektli, vətənpərvər olmalarını, eləcə də dünyada ölkəmizi layiqli şəkildə təmsil etməli olduqlarını, hər bir Azərbaycan gəncinin öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi gəbul etmələrini vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizin əsas vəzifəsinin özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, dövlətimizin yaşamasına və əbədi olmasına xidmət etməkdən ibarət olmasını qeyd edirdi. Bütün çıxışlarında ulu öndər Heydər Əliyev Azərbaycan gəncinə inandığını, ölkəmizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü və dövlətin gənclərlə bağlı siyasətində onları hər cür qayğı və dəstək göstərilməsinin vacibliyini qeyd edirdi. Bu qayğı və diqqət gələn nəsillərin vətənpərvər ruhda böyüməsinə, dövlət və xalq uğrunda canından keçməyə hazır olan gənclərin yetişməsinə səbəb oldu.
Eldar Quliyev: Hər zaman qalib və güclü

Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı dövlət siyasətini davam etdirən Prezident İlham Əliyevin gənclərimizə xüsusi diqqəti və qayğısı yüksək səviyyəyə çatdırıldı. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvər olmasını xalqımızın adət ənənələrinə sadiq olmalarını tövsiyə edirdi və gənclərin bu ruhda böyüməsinə xüsusi diqqət yetirirdi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz vətən müharibəsində böyük qəhrəmanlıq, şücayət nümayiş etdirərək torpaqlarımızı erməni faşizminin işğalından azad etdi. Müharibədə qorxmadan, çəkinmədən düşmən üzərinə gedən igid oğullarımız şəhid, qazi oldular, lakin bu müqəddəs amal uğrunda bir addım belə geri çəkilmədilər. Cənab İlham Əliyev kimi müdrik, qətiyyətli lideri və qəhrəman və intelektli gəncliyi olan Azərbaycan hər zaman qalib, güclü dövlət olacaq.

“Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Görülən işlərin sistemli xarakter alması bir daha belə bir reallığı təsdiqləyir ki, bütün planlar zamanında və yüksək səviyyədə həyata keçirilir. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda görülən işlər, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir.”

Eldar Quliyev: Hər zaman qalib və güclü


Eldar Quliyev Qarabağın və Şərqi Zəngəzurun hazırda yenidən qurulmasından böyük qürur hissi ilə bəhs edərək dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqəti yönəldib: “Belə ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər, Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Prezident İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdilər. O da məlumdur ki, avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı və birinci xanım, həmçinin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Laçın rayonunun timsalında dirçələn Azərbaycan reallıqlarını görürük. Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir. Bu, onun təsdiqidir ki, istədiyimizə hər zaman nail oluruq”.

Eldar Quliyev: Hər zaman qalib və güclü


Dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasına yönəldərək bildirdi ki, iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Ölkəmizə nə qədər təzyiqlər oldu. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

“Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün addımlarında bu prinsiplərə söykənir” söyləyən Eldar Quliyev qeyd edib ki, Azərbaycanın bütün uğurlarının əsasında məhz bu prinsiplərə söykənərək həyata keçirdiyi müstəqil siyasət dayanır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Prezident İlham Əliyev Laçından bir daha bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.”

Eldar Quliyev: Hər zaman qalib və güclü


Bu torpaqlarda görülən işlər, soydaşlarımızın qayıdışı, ən əsası dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi səfərlərinin hər biri bir çağırışdır: “Bu torpaqların sahibi bizik, qurub yaradırıq. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Böyük turizm potensialına malik olan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm günlər gözləyir”.

Eldar Quliyev: Hər zaman qalib və güclü
Eldar Quliyev: Hər zaman qalib və güclü
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 055
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 745
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter