• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qəhrəman Məmmədov: Qarşıya qoyulan hədəflərə doğru

Qəhrəman Məmmədov: Qarşıya qoyulan hədəflərə doğru


Bakı Şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədov - Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşdı.
Qəhrəman Məmmədov: Qarşıya qoyulan hədəflərə doğru

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edilməsi dövlət başçısının Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşmasının əyani təzahürüdür.

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz xalq və Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

Qürur və fəxrlə deyə bilərik ki, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda döyüşlərin ön sıralarında gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Bu gün gənclər fəxr edirlər ki, məhz Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdırlar və bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş və nəticədə 30 illik işğala son qoyulmuşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin ali rəhbərliyi altında Qarabağ və ətraf rayonlarımız yenidən dirçəlir, bir sözlə əzəli yurdumuz cənnətə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olub. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilib, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olub, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndiriblər.

Laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik edən cənab Prezidentimiz bir sıra mühüm əhəmiyyətli tarix faktları diqqətə çatdırdı. Bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur.
Qəhrəman Məmmədov: Qarşıya qoyulan hədəflərə doğru

Bəli, cənab Prezidentin qeyd etdiyi tarixi hadisə əslində xalqımızın tarixində yaşadığı ən böyük faciələrdən biri idi. Bizim həmvətənlərimiz öz doğma dədə-baba torpaqlarından zorla qovuldu. Onlar əzəli torpağını 30 ilə yaxın bir müddət idi ki tərk etmişdi. Ermənistanın işğalçılıq siyasəti bütün dünyanın, beynəlxalq təşkilatların gözü önündə baş versə də, bu hadisəyə düzgün qiymət verilməmişdi. Necə ki, bu ötən 30 ilə yaxın müddətdə də verilmədi. Yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü iradəsi, peşəkar rəhbərliyi və Ordumuzun şücaəti hesabına işğala son qoyuldu. Cənab Prezidentimizin dəfələrlə işğaldan azad olunan ərazilərimizə, eləcə də Laçına səfərlər etməsi, bir daha onu göstərir ki, artıq biz dədə-baba yurdumuza əbədi olaraq qayıtmışıq və burada yaşayacağıq. Aparılan bərpa-quruculuq işləri, Laçına və digər doğma rayonlarımıza həmvətənlərimizin köçürülməsi məhz cənab Prezidentin təşəbbüsü və göstərişi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının uğurlu icrasının göstəricisidir. Eyni zamanda biz cari ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bəli, həqiqətən də bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Çünki, biz öz suveren ərazimizdə istədiyimiz tədbiri həyata keçiririk və keçirməyə də qadirik.
Qəhrəman Məmmədov: Qarşıya qoyulan hədəflərə doğru

Digər bir faktı da qeyd etməliyəm ki, Prezident İlham Əliyevin söylədiyi “ Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq” bu sözlər laçınlıları daha da ruhlandırmış, onlara böyük stimul olmuşdur. Həqiqətən də öz doğma yurdunda yaşamaq insanı xoşbəxt edir, ona rahatlıq və azadlıq bəxş edir. Bu möhtəşəm tarixi hadisəni yaşadığımıza görə biz hər birimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və Onun rəhbərlik etdiyi yenilməz Ordumuza təşəkkür edirik! Ölkə Prezidenti Azərbaycanın ərazi bütövlüyünün tam olduğunu, suverenliyimizi poza və heç kimin bizim iradəmizin əksinə qanunsuz addımlar ata bilməyəcəyini bütün dünyaya sübut edib, qızıl hərflərdən ibarət şanlı tarix yazdı. Biz bu tarixi sevməli, qorumalı və onu hər yerdə təbliğ etməliyik ki, bütün dünya şahid olsun ki, həqiqətən də Azərbaycan xalqı qüdrətli, iradəli və güclü xalqdır. Laçınlıların Şəhər Gününü öz doğma torpaqlarında qeyd etməsi möhtəşəm tarixi hadisədir və ən əsası əbədi qayıdışın bariz nümunəsidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 055
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 745
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter