• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Nürənddin Quliyev: Tarixi ədalətin təntənəsi

Nürənddin Quliyev: Tarixi ədalətin təntənəsi



"Aqrolizinq" ASC-nin Biləsuvar Aqroservis filialının direktoru Nürənddin Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nürənddin Quliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nürənddin Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Aqrolizinq" ASC-nin Biləsuvar Aqroservis filialının direktoru Nürənddin Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Aqrolizinq" ASC-nin Biləsuvar Aqroservis filialının direktoru Nürənddin Quliyev - Laçın Vətən müharibəsinin sonunda imzalanmış üçtərəfli Bəyanata əsasən, bir güllə atılmadan azad edilmiş üç rayondan biridir. Ermənistanın işğal etdiyi ərazilər arasında Laçın irimiqyaslı köçürülmə proqramının həyata keçirildiyi az qala yeganə rayon idi. Orada təqribən 10 min erməni, yəni qondarma "Dağlıq Qarabağ Respublikası" əhalisinin altıdabir hissəsi yaşayırdı. Lakin Ermənistan böyük insan resurslarına malik olmadığı üçün Laçına erməni köçkünlər digər ölkələrdən gətirilirdi. Təbii ki, Cenevrə konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət idi. Lakin erməni liderlər bu cinayəti qəsdən törədir, Laçının qaytarılacağı barədə qətiyyən düşünmürdülər. Amma Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında reallaşdırılan məqsədyönlü siyasət və ordu quruculuğu ölkənin uzun illər ərzində üzləşmiş olduğu bir nömrəli problemin həll olunmasına vəsilə oldu.

İşğaldan sonrakı dövrdə Laçın rayonuna ölkə Prezidentinin hər bir səfəri yeni tarixi hadisədir desək yanılmarıq. Prezident İlham Əliyev 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında bir sıra önəmli məsələlərə toxunaraq bildirmişdir ki, Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Dövlət başçısı işğal tarixini acı həqiqətlərindən olan əsl faciə kimi dəyərləndirmişdir: “Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”.

Vətən-torpaqdır, torpaq-Vətəndir. Biz bunlar olmadan yaşaya bilmərik. Odur ki, son nəfərimizədək, son qanımızadək Vətənlə, torpağımızlayıq. Vətən anlayışı bizim üçün müqəddəsdir. Bu müqəddəslik bu xalq var olduqca eyni müqəddəslikdə qalacaqdır. Möhtərəm Prezidentimiz bu mənada vurgulamışdır: “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”.

Ədalətli müharibə əvvəlki vəziyyətin bərpa edilməsi ilə yekunlaşmalıdır. Bu mənada ölkə Prezidenti onu da vurgulamışdır ki, “Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Ermənistanın cinayətkar siyasi rəhbərliyi beynəlxalü hüquqa məhəl qoymamışdır. Rəsmi İrəvanın hərbi cinayətləri. Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq Qələbəni əldə etmişik və gücümüzü göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə”.
Nürənddin Quliyev: Tarixi ədalətin təntənəsi

Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyev işgaldan azad olunmuş ərazilərdə aparılan quruculuq, bərpa işlərindən bəhs etmişdir: “Azərbaycan qurub-yaradan xalqdır. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”.

Əminliklə deyə bilərik ki, yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcəkdir. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 13
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 052
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 742
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter