Hüseyn Emin: Ömrümüzə yazılan anım günü
- 27.09.2023, 09:03,
- Cəmiyyət
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
"Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Hüseyn Emin - Ermənistan milli zəmində azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparırdı. 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdi. İşğal zamanı yaşayış məntəqələri dağıdıldl, minlərlə insan amansızcasına qətlə yetirildi. Başlıbel, Ağdaban, Baqanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində vəhşiliklər törədildi. Belə faciələrdən ən dəhşətlisi Xocalıda törədildi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal etmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən işğalçı dövlət sülh danışıqlarından yayınır, regionda status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə demişdi ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin dönməz, davamlı xarici siyasətinin mahiyyətini ifadə edirdi.
İşğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.
Ermənistan yeni ərazilər işğal etmək məqsədi ilə işğal etdiyi ərazilərdən də, dövlət sərhədlərindən də ərazilərimizə hücumlar edir, müxtəlif miqyaslı təxribatlar törəyməyə çalışırdı. Azərbaycan ordusunun hissələri bu təxribatların qarşısını qətiyyətlə alırdı.
2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı atıcı silahlardan, artilleriya qurğularından istifadə etməklə genişmiqyaslı təxribat törətmək istədi. Ordu hissələrimiz bunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu döyüşlər İkinci Qarabağ müharibəsinin, mahiyyəti etibarilə Vətən müharibəsinin başlanğıcı oldu...
Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi, ilkin qələbələr qazandı. Döyüşə-döyüşə Şuşaya yaxınlaşdı. Noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu...
Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərə görə Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində şəhid olanlarımıza dövlət səviyyəsində diqqət göstərilir. Bu qayğıdan biri də Anım gününün təsis edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edildi. Təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü üçün canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan ictimaiyyəti, dünya azərbaycanlıları, Azərbaycanı və azərbaycanlıları sevənlər Anım Gününü böyük ehtiramlarla qeyd edirlər. Hamı, hamımız heç zaman yaddan çıxmayan, yaddan çıxmayacaq şəhidlərimizi sentyabrın 27-də də böyük ehtiramlarla, dövlətə, dövlətçiliyə böyük sədaqətlə anacağıq...
Bu il Anım Gününü həm də şəhidlərimizin ruhuna gözaydınlığı ilə qeyd edəcəyik. Bu ilin sentyabrın 20-də Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri keçirdi. Xankəndində ağ bayraq qaldırıldı. Ermənistan ordusunun qalıqları, separatçılar tərksilah edildi. Bu döyüşlərdə də şəhidlərimiz oldu. Ermənistanın başladığı ədalətsiz müharibədə şəhid olanlarımızın hamısı hamımızın əzizimizdi. Anım Günündə əzizlərimizi ehtiramlarla anacağıq.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 084
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 24-05-2020, 23:28
- 9 974
- 3
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 27-04-2019, 10:08
- 9 035
- 2
- 23-10-2019, 21:00
- 8 050
- 1
- 29-11-2019, 09:00
- 7 898
- 3
- 13-05-2020, 22:05
- 7 756
- 0
- 28-04-2019, 20:56
- 7 522
- 2
- 23-04-2019, 21:57
- 7 290
- 2
- 11-03-2022, 12:24
- 310 084
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 7-11-2019, 09:36
- 6 072
- 124
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 22-12-2021, 14:22
- 4 740
- 57
- 10-02-2023, 10:54
- 4 271
- 54
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 14-01-2020, 09:33
- 6 799
- 20
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 27-03-2021, 14:25
- 4 969
- 7
- 29-11-2021, 09:36
- 4 562
- 5
- 29-09-2020, 11:15
- 4 984
- 5
- 24-09-2020, 11:41
- 5 019
- 5
- 16-05-2019, 14:19
- 6 914
- 5
- 15-05-2019, 09:47
- 5 253
- 5
SOSİAL ŞƏBƏKƏLƏR